Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2019
11:16
Ötən ay Təhsil Nazirliyinə 15 minə yaxın müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14877 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12907 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1970 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1196 sənəd (383 ərizə, 813 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox təhsil haqqı, müəllimlərin diaqnostik qiymətləndirilməsi, şagirdlərin yerdəyişməsi və ümumi təhsil sahəsinə aid digər məsələləri əhatə edib.

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
205

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
379

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
260

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
358

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
264

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
267

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
251

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
266
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 23:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru