
Bakı Metropoliteninin sabiq rəisi, hazırda hakim partiyanın Yasamal təşkilatının sədri olan Tağı Əhmədov Bakupost-a maraqlı müsahibə verib. Həmin müsahibədə Tağı Əhmədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova 3 milyon manat verməsinin səbəbini açıqlayıb, vəzifədə olan bəzi məmurların "qulağını kəsməyin” zamanından danışıb. Müsahibədən bəzi hissələri təqdim edirik.
"Küçüyün qulağını küçüklükdə kəsmək lazımdır, yekəlib it olandan sonra...”
"Kim hansı sferada olur-olsun, onu çox yağlanmağa qoymaq olmaz. Çünki yağlananda artıq quyruğu qalxır. Bəzilərini ki, yağlayıb ötürmüşük xaricə, bax onların hesabına bu gərginliyi yaradırlar. Bir az pis səslənsə də, yaxşı bir məsəl var, deyir, küçüyün qulağını küçüklükdə kəsmək lazımdır, yekəlib it olandan sonra daha xeyri yoxdur. Artıq onlar yekəlib it olublar, 5-6 manatları var, onu da Azərbaycanda iğtişaş törətmək üçün istifadə edirlər. Ancaq bu, mümkün deyil” - deyə, təşkilat sədri bəzi adamların "bostanına daş atıb”.
Eldar Mahmudovu vəzifəpərəst adlandıran Tağı Əhmədov bunları deyib: "Belə bir misal var, deyir, heç bir naxır qotur danasız olmur. Bundan sonra da içimizdə Eldarlar olacaq. Eldar artıq o qədər ”yağlanmışdı" ki, ətrafındakılarının da gözü heç nəyi görmürdü. Buna görə də hər bir adam nəzarətdə saxlanmalıdır. Bu yaxınlarda Çində 100 məmuru güllələyiblər. Niyə? Çünki o qədər azğınlaşmışdılar ki, dövlətin qoyduğu qanunlara tabe olmurdular".
Tağı Əhmədov Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra ondan pul tələb edilməsi məsələsinə belə aydınlıq gətirib: "Bu, Eldar Mahmudovun əli ilə Akif Çovdarovun etdiyi iş idi. Baxmayaraq ki, 16 il metropolitenin rəisi olmuşdum, metro da onun kurasiyasında idi, amma onu heç vaxt görməmişdim. Mənə sifariş göndərəndə dedim ki, mən heç kəsə rüşvət vermək niyyətində deyiləm. Demişdi ki, bir dənə maşın alsın. Əlbəttə, mənim üçün maşın almaq elə böyük bir şey deyildi. Sonradan isə 3 milyon tələb olundu. Mən də bunu açıq şəkildə elan etdim. Məhkəmədə də dedim, sübut etdim. Bu, Çovdarovun işi deyildi, Eldar Mahmudovun göstərişi ilə olan iş idi. Eldar Mahmudov o qədər azğınlaşmışdı ki, gözü yeri görmürdü. Məndən alınan 3 milyon onun üçün ”semiçka" pulu idi. Eldar Mahmudov başqalarından 20, 30, 50 milyonlar almışdı. Eldar Mahmudovun işverənləri var idi. Harada ki, gedirdin bir iş görmək istəyirdin, o iş gördüyün adam tez Eldara siqnal verirdi ki, filankəsdə pul var, gəlib məndən bu qədər yer istəyir. Eldar da çağırırdı, soyurdu adamları. Onunla dəfələrlə oturub söhbət etmişik. Hətta bir-iki dəfə mənə də deyib gedək bir yeyək-içək. Demişəm, çox sağ ol, Sizin işiniz bəlkə yeyib-içməkdir, amma metro gecə-gündüz işləyir".
Tağı Əhmədov deyib ki, o, 3 milyonu Eldar Mahmudova oğluna görə verib: "Əslində o, şantaj deyildi. Mənim oğluma böhtan atmaq istəyirdi. Oğlumunsa həmin vaxt ürəyinə 3 dənə stend qoymuşdular, heç nəyi düşünmürdüm. Mənim oğlum prezidentin sərəncamı ilə hakim təyin olunmuşdu. Ona nə Mahmudovun, nə də Çovdarovun gücü çatmazdı nəsə etməyə. Amma mən ata olaraq hiss edirdim ki, əgər onu çağırıb danışdırmaq belə istəsələr, ürəyi tutar, ölə bilər. Ona görə də 3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən Eldara, yaxud da Çovdarova pul verim?!”
Tağı Əhmədov E.Mahmudova milyonlar verənlərin kimliyi haqda suala belə cavab verib: "Onların arasında bizneslə məşğul olanlar var idi. Məsələn, Eldarın vaxtında Moskvada bir biznesmen var idi. Onu bura çağırmışdılar və sutkalarla saxlamışdılar ki, filan qədər verəndən sonra çıxıb gedəcəksən. Deyib, əşi mən burada işləmirəm, buranın vətəndaşı deyiləm. Deyiblər ki, nə olsun vətəndaşı deyilsən, gəlmisən Azərbaycana, payını ver, get... Bir işçim var idi. Məcbur edirdilər ki, bu qədər verməlisən. O da deyib, ay balam, mən qəzet satıram, axı qəzetdən nə qazanıram ki, sənə də nə verim. Buna görə Əli Şəfiyev mənə məktub yazdı ki, o adam işdən çıxarılmalıdır. Mən də müzakirəyə qoyub konkretləşdirdim ki, o heç vaxt işdən çıxarılmayacaq. Çünki həqiqi mənada namusla, qeyrətlə işləyirdi. Sadəcə, gəlib şantaj etmişdilər ki, sən ayda bu qədər pul verməlisən”.
Təşkilat sədri ona qanunsuz tələb irəli sürülərkən şikayət etməməsinin səbəbini belə izah edib: "Mən işlədiyim vaxtı gəlib desəydilər ki, siz mənə qarşı hər hansı cinayət edirsiniz, buna inanmazdım. Prezidentə, yəqin ki, bu barədə məlumatlar çatırmış. Amma prezidentin ona inamı var idi. O da haradan yarandı, Eldarın fırıldağından. Özünün quraşdırdığı ”Qara kəmər" məsələsi var idi, Hacı Məmmədovu orada yağ içində böyrək kimi saxlayırdı. Cahangirin yoldaşı tutulanda prezident tapşırıq vermişdi ki, nə olur-olsun, o xanım sağ-salamat xilas edilməlidir. Bu da qurulmuş iş idi. Onunla özünə bir az reytinq qazandı və o reytinqlə də çox irəli getdi".
Eldar Mahmudovun azadlıqda qalmasına da Tağı Əhmədovun maraqlı münasibəti var: "Azadlıqda deyil. Bunu azadlıq saymaqla səhv edirsən. Bu nə sənin işindir, nə də mənim. Bu, prezidentin səlahiyyətindədir və cənab İlham Əliyev fikirləşir ki, əgər o cür adam türməyə getsə, məhv olacaq, çünki orada tutdurduğu nə qədər adam var. Ən böyük mənəvi əzab nədir? Ev dustağı olmaq! O, hətta yasa da gedəndə icazə ilə gedir. Ev dustağıdır, ev dustağı olaraq da qalacaq. Amma general olan özünün başına bir güllə vurub deyərdi ki, etdiyim xəyanətə görə mənim yerim bura deyil. Amma üz var da, oturur”. / Yeni Müsavat

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi