Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
11:38
Dünyada həbsxanada olan uşaqların yeni sayı açıqlanıb

BMT-nin araşdırmalarına görə, dünyada azadlıqdan məhrum edilən uşaqların sayı 7 milyona yaxındır.

 “Azadlıqdan məhrum edilmiş uşaqlara dair qlobal BMT araşdırması“ adlı hesabatda dünyada hər il 410 min həddi-buluğa çatmamış şəxsin həbs olunduğu, bir milyon uşağın isə polis tərəfindən saxlandığı qeyd edilib. Avstriyalı insan haqları eksperti Manfred Novakın rəhbərliyi ilə hazırlanmış hesabat Dünya Uşaq Hüquqları və Konvensiyası Günü münasibətilə dərc olunub.

Konvensiyanın 30 illiyi münasibətilə hazırlanan hesabatdakı statistik göstəricilər heç də ürəkaçan olmayıb. Belə ki, hazırda dünyada 330 min oğlan və qız miqrant kimi müxtəlif saxlanma müəssisələrində yaşayır. Müxtəlif növ müəssisələrdə 5,4 milyon uşaq saxlanılır ki, burada da onların azadlıqları məhdudlaşdırılır, 35 min uşaq isə silahlı münaqişələrdə terror təşkilatları və ya qiyamçı dəstələr tərəfindən istismar olunur. Milli təhlükəsizlik və terrorizmə qarşı qanunvericilik əsasında, hazırda dünyada 1500-dən artıq uşaq həbsdədir. Törətdiyi cinayətə görə hansısa cəzaçəkmə müəssisəsində cəzasını çəkən valideynləri ilə birlikdə yaşayan və bununla da heç bir günahı olmadan azadlığı məhdudlaşan uşaqların sayı isə 19 min nəfərdir.

Hesabatın təqdimatı zamanı bildirilib ki, dünyada həbsxana və istintaq təcridxanalarında saxlanılan ən çox uşaq və yeniyetmə ABŞ-da qeydə alınıb. Bu ölkədə hər yüz min sakinə 60 həbsdə yatan uşaq düşür. Eləcə də Cənubi Amerika ölkələrində bu göstərici yuxarıdır. Qərbi Avropa ölkələrində isə həmin göstərici beş uşağa bərabərdir.

Manfred Novak bildirib ki, uşaqların azadlıqdan məhrum edilməsi onların gələcək həyatları üçün ciddi fəsadlara yol açır. Belə ki, həbsdəki uşaqlar arasında psixi xəstəliklər azadlıqda olan uşaqlardan on dəfə çoxdur. Həmçinin dəmir barmaqlıqlar arxasına düşmüş uşaqların ömrü də qısa olur.

Hesabatın müəllifləri uşaqların saxlanma şəraiti ilə bağlı dünya ölkələrinə tövsiyələr də veriblər. Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmə üçün yaş həddi ən aşağısı 14 olmalıdır. Lakin dünyanın bəzi ölkələrində bu hədd hətta 7-dən başlayır. Bundan başqa, valideynlərinin yanında həbsxanada böyüyən uşaqlar üçün alternativ saxlanma müəssisələri yaradılmalı, qeyri-qanuni miqrasiya çərçivəsində uşaqların readmissiya üçün həbsi aradan qaldırılmalı, silahlı münaqişələrə cəlb olunmuş uşaqlar cinayətkar deyil, qurban kimi dəyərləndirilməlidir.

M.Novak, həmçinin bildirib ki, uşaqlar şəxsi azadlığa dair fundamental hüquqa malikdirlər. Ona görə də dünya ölkələri həbsə aparıb çıxarmayan alternativlər və yeni çıxış yolları axtarmalıdırlar.

Məqalədə : həbsxana uşaq həbsxanası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54186

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52294

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53744

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53479

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58848

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53139

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 00:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru