
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi ilə bağlı “Facebook” komandasına birbaşa müraciət edib.
Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, müraciət əsasında son günlər ölkəmizdə, eləcə də xaricdə “Instagram” sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və “İnstagram”ın gizlilik qaydalarını pozan “Ghosty” tətbiqi “Google Play store” və “App store”dan silinib.
Naməlum tərtibatçı (developer) tərəfindən yaradılan bu tətbiq gizli “Instagram” hesablarını açmağa, istifadəçinin fərdi məlumatlarını görməyə və hesabdakı şəkilləri yükləməyə imkan verir. Tətbiq qeydiyyatdan keçərkən “Instagram” istifadəçisinin giriş məlumatlarını (loqin və parol) əldə edərək həmin hesabdakı gizli profilləri müəyyən edir. Bu gizli profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir. Dolayısı ilə, bu tətbiqdən istifadə edərək loqin və parolunu təqdim edən şəxslər öz hesabındakı gizli profillərə baxılması üçün digər “Ghosty” istifadəçilərinə icazə verirlər.
Tətbiqin populyarlığı artdıqca açılan gizli profillərin sayı da çoxalır. Xarici mənbələrin məlumatına görə, tətbiq istifadəyə verildiyi andan etibarən “Google Play store” üzərindən 500,000 dəfədən çox yüklənilib.
“Instagram”ın istifadəçilərə profili gizli saxlamaq və yalnız təsdiq edilmiş izləyicilərə paylaşımları, şəkilləri və ya videoları görməyə icazə vermək kimi seçim imkanı verdiyini nəzərə alsaq, bu, istifadəçilərin məxfiliyinin ciddi şəkildə pozulması deməkdir. Eyni zamanda, “Instagram” istifadə şərtlərinə görə, istifadəçilər öz hesabları üzərindən digər istifadəçilərə hüquqlarını ötürə bilməzlər.
Elektron Təhlükəsizlik Xidmətinin müraciətindən sonra “Facebook” komandası “Google” ilə birlikdə araşdırma aparıb, nəticədə tətbiq “Google Play store” və “App store”dan silinib. “Facebook” rəhbərliyinin rəsmi məlumatına görə, “Instagram” qaydalarını pozan bu tətbiqi, eləcə də “Instagram”la bağlı qanunsuz fəaliyyəti dərhal dayandırması üçün “Ghosty” tətbiqinin tərtibatçısına rəsmi xəbərdarlıq göndərilib. Hazırda bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün “Facebook” tərəfindən tədbirlər görülür və təhlükəsizlik tədbirləri gücləndirilir.
ETX vətəndaşlara bu cür qeyri-rəsmi tətbiqləri yükləməməyi, giriş məlumatları kimi həssas məlumatları təqdim etməməyi, özlərinin və ətrafının məxfiliyini təhlükə altında qoymamağı tövsiyə edir. Vətəndaşlardan bu kimi hallarla qarşılaşdıqda Elektron Təhlükəsizlik Xidmətini məlumatlandırmaları xahiş olunur.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 17-06-2020 15:03 "Windows" yeniləməsi "Google Chrome" üçün problem yaradıb
- 12-06-2020 14:45 Çin dünyanın ən uzun üfüqi göydələnini açıb - FOTO
- 08-06-2020 13:40 Gürzə və qırxayağın ölüm-dirim mübarizəsi - VİDEO
- 02-06-2020 12:59 Bloqer ani yumurtasoyma üsulu göstərdi, sosial şəbəkədə trend oldu - VIDEO
- 01-06-2020 17:10 Tvitterdə "Samsung"u "öldürən" fotoşəkil paylaşılıb
- 17-02-2020 16:53 ABŞ-da itirdi, 47 il sonra Finlandiyada tapdı - FOTO
- 17-02-2020 16:24 Daxili Monqolustan sakinləri səmada beş Günəş görüb - VİDEO
- 17-02-2020 13:39 8 yaşında qocalıqdan öldü
- 14-02-2020 10:39 Antarktidadakı Seymur adasında yeni istilik rekordu qeydə alınıb
- 11-02-2020 16:44 "Nokia" şirkəti "N9" smartfonunun yeni versiyasını təqdim edə bilər
- 10-02-2020 17:17 "Samsung" öz smartfonlarından təhlükəli proqramı silib
- 10-02-2020 16:27 Yüksək səslə musqiyə qulaq asan ağsaqqal həbsxanaya düşdü
- 10-02-2020 10:07 "Oskar-2020"ni kim nəyə görə aldı? - SİYAHI
- 06-02-2020 10:13 "Google Play"də 24 təhlükəli proqram aşkar edilib
- 04-02-2020 15:31 Koronavirusa görə "Xiaomi" smartfonlarının təqdimatı ləğv edilib
- 03-02-2020 14:14 "Google"un tərcümə xidməti jest dilini öyrənib
- 24-01-2020 16:28 "Twitter"də mesajlara reaksiya bildirmək imkanı əlçatan olub
- 24-01-2020 13:08 Osloda ən məşhur ad "Məhəmməd"dir
- 23-01-2020 16:55 Xilasediciləri gözləmədən yanan maşını xilas etdi - VİDEO
- 23-01-2020 13:49 "Xiaomi Mi10" smartfonunun təqdimat tarixi məlum olub
- 22-01-2020 15:53 Saniyədə trilyon kadr çəkən çox sürətli kamera təqdim olunub
- 22-01-2020 15:37 "Pakistanlı Halk" ən azı 100 kiloqramlıq həyat yoldaşı axtarır
- 21-01-2020 13:53 Dünyada ən çox mesaj göndərilən tətbiq açıqlandı
- 18-01-2020 11:13 Dinozavrların yeganə ölüm səbəbi açıqlanıb
- 16-01-2020 18:45 Smartfonda batareyanın şarjını azaldan proqramlar məlum olub