
Təhsil Nazirliyinin nəzdində yaradılacaq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun vəzifələri müəyyənləşib.
FaktXəbər-in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsində əksini tapıb.
İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti hesabına maliyyələşdirilir.İdarəetmə Qrupuna təyinatlar İdarəetmə Qrupunun ştat cədvəlinə uyğun olaraq Təhsil naziri tərəfindən aparılır. İdarəetmə Qrupunun ştat cədvəli və Azərbaycan Respublikasının büdcə təsnifatına uyğun tərtib edilən illik xərclər smetası Təhsil Nazirliyi tərəfindən ARDNF ilə razılaşdırılmaqla təsdiq edilir.
İdarəetmə Qrupunun aşağıdakı vəzifələri var:
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tərəfdaş xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkilində iştirak edir;
- ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi üçün tədbirlər görür;
- tərəfdaş xarici ali təhsil müəssisəsi ilə yerli ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqavilələrinin imzalanması üçün hazırlıq işləri görür;
- təlim-tədris prosesində iştirak edəcək əcnəbi professormüəllim heyətinin fəaliyyətinin təşkili və ezamiyyətlərinin maliyyələşdirilməsi üçün tədbirlər görür;
- əcnəbi professor-müəllim heyətinin mühazirələrə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması üçün tədbirlər görür;
- əcnəbi professor-müəllim və inzibati heyətin Azərbaycan Respublikasına səfərləri ilə bağlı müvafiq beynəlxalq nəqliyyat, sığorta, viza, qeydiyyat və miqrasiya məsələlərinin həllində beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi ali təhsil müəssisələrinə dəstək verir;
- əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və ali təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində tədris prosesinin nəticələrinin qiymətləndirilməsi mexanizmini yaradır;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili üzrə tədbirlər görür;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutan elmi tədqiqat qruplarının yaradılması və elmi araşdırma proqramlarının hazırlanması prosesinin koordinasiyasını həyata keçirir;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi ali təhsil müəssisələri üzrə müvafiq elmi tədqiqatların və elmi məqalələrin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin qeydiyyatını və təhlilini ali təhsil müəssisələri ilə birgə aparır;
- beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, beynəlxalq ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizm hazırlayır;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydalarının icrasını təmin edir;
- Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi və Azərbaycan Respublikası vətəndaşlarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili ilə bağlı elektron məlumat bazasını formalaşdırır;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı əlaqələndirməni həyata keçirir;
- Azərbaycan Respublikası vətəndaşlarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydalarının icrasını təmin edir;
- xaricdə doktorantura səviyyəsində təhsil almaq üçün sənədlərin qəbulu barədə elanın verilməsini, müraciətlərin qiymətləndirilməsini, namizədlərin seçiminin aparılmasını, onların xaricdə təhsilinin təşkilini və maliyyələşdirilməsini təmin edir;
- Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsil almaları üçün beynəlxalq reytinq cədvəlləri nəzərə alınmaqla, xarici ölkələrin müvafiq ali təhsil müəssisələrinin siyahısını hər il Nazirliyin internet səhifəsində yerləşdirir;
- Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsil alacaqları ixtisas istiqamətlərinin ölkənin inkişaf prioritetlərinə uyğun müəyyən edilməsi üçün təkliflər verir;
- təhsil dövründə doktorantların akademik göstəricilərinin monitorinqini apararaq, hesabatlar hazırlayır və ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarına (qurumlara) təqdim edir;
- Dövlət Proqramı çərçivəsində təhsil almış şəxslərin işlə təminatı sahəsində dəstəyin göstərilməsi məqsədilə işəgötürənlərlə əlaqələndirmə mexanizminin yaradılması və dövlət qulluğuna qəbulla bağlı aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir;
- beynəlxalq ikili diplom proqramının icrasının monitorinqini həyata keçirir;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi yerli ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması işinin monitorinqini aparır;
- Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan maliyyə vəsaitlərinin istifadəsinin monitorinqini aparır;
- Dövlət Proqramının icrası haqqında Təhsil Nazirliyinin rəhbərliyinə müntəzəm olaraq məlumat verir;
- Dövlət Proqramının icrası ilə bağlı ildə bir dəfə maliyyə hesabatlarını maliyyələşdirən quruma (qurumlara) təqdim edir;
- İdarəetmə Qrupunun fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;
- Dövlət Proqramının icrası ilə bağlı qüvvədə olan normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflər hazırlayır;
İdarəetmə Qrupunun aşağıdakı hüquqları var:
- Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə icraçı orqanlardan məlumat almaq, sorğular etmək, müzakirələr təşkil etmək və təkliflər vermək;
- İdarəetmə Qrupunun say tərkibi və vəzifə maaşları barədə Nazirliyin rəhbərliyinə və ARDNF-yə təkliflər vermək;
- tərəfdaş xarici ali təhsil müəssisələrinin seçilməsi meyarlarının və prosedurlarının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması üçün təkliflər vermək;
- apardığı monitorinqin nəticələri əsasında hesabatlar hazırlamaq və ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarına (qurumlarına) təqdim etmək;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi yerli ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsinə cəlb edilməsi işinin monitorinqini təşkil etmək;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi yerli ali təhsil müəssisələrinin inkişaf göstəricilərinin beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılması üzrə əlavə tədbirlər görmək;
- qanunvericiliyə zidd olmayan və Dövlət Proqramında nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
17-06-2020 17:20 İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki elan olunub
17-06-2020 14:00 Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq
17-06-2020 09:13 Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər
16-06-2020 10:45 Vətəndaşların qəbulu iyulun 1-dək dayandırılıb
15-06-2020 11:12 Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz
- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir
- 18-06-2020 17:46 Müəllimlərin yerdəyişməsinin nəticələri açıqlandı
- 18-06-2020 16:33 Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimin vaxtı uzadıldı
- 18-06-2020 15:42 Qızdırması olan 4 şagird imtahana buraxılmadı, 3-ü zala telefon keçirdi
- 17-06-2020 17:20 İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki elan olunub
- 17-06-2020 15:27 Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb
- 17-06-2020 14:00 Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq
- 17-06-2020 11:04 Ali məktəblərə müsabiqə şərtləri məlum oldu
- 17-06-2020 09:13 Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər
- 16-06-2020 15:43 Yalnız ibtidai sinif müəllimlərinin ikinci iş yerində işləməsinə icazə verilmir
- 16-06-2020 11:20 Beş məktəbdə peşə təmayüllü siniflər yaradılıb
- 16-06-2020 11:02 Dövlət ali təhsil müəssisələri lisenziyaya görə rüsumdan azad edilir
- 16-06-2020 10:45 Vətəndaşların qəbulu iyulun 1-dək dayandırılıb
- 16-06-2020 10:12 İyunun 18-19-da buraxılış imtahanları keçiriləcək
- 15-06-2020 13:21 Sabahdan "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir
- 15-06-2020 11:12 Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz
- 15-06-2020 09:45 Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi
- 13-06-2020 13:35 Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxt açıqlanıb
- 13-06-2020 10:30 Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi