
Azərbaycanda Ədliyyə Nazirliyinin Probasiya Xidmətində qeydiyyatda olan 2000-dən artıq məhkuma elektron qolbaq tətbiq edilib.
Bu barədə müsahibəsində Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, Azərbaycan Respublikasının Baş probasiya məmuru, baş ədliyyə müşaviri Akşin Ziyadov bəyan edib.
- Probasiya İnstitutunun qurulması prosesi və onun əsas fəaliyyət istiqamətləri barədə məlumat verin.
- Azərbaycanda Probasiya Xidməti Prezident İlham Əliyevinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral sərəncamına uyğun olaraq Ədliyyə Nazirliyininin tərkibində yaradılıb. Probasiya İnstitutunun effektivliyini təmin etmək üçün bir sıra Avropa ölkələrinin müsbət təcrübələri öyrənilib, həmçinin beynəlxalq standartlar nəzərə alınıb.
Cəzaların İcrası Məcəlləsinin yeni 15-1-ci maddəsinə əsasən Probasiya Xidmətinə cərimə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının icrasının təşkili həvalə edilib.
Bundan başqa, Xidmətə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza çəkməsi təxirə salınmış şəxslərə, həmçinin cəza ilə yanaşı (azadlıqdan məhrum etmə istisna olmaqla) alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə nəzarət tapşırılıb. Bundan başqa biz inzibati tənbeh növündə məhkəmə tərəfindən təyin olunmuş ictimai işlərin icrasının təşkili ilə məşğul oluruq. Probasiya Xidmətinin üzərinə həmçinin məhkumların sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulub.
Qanunvericilikdə nəzərəçarpacaq yenilik azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslərə, habelə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə münasibətdə elektron nəzarət vasitələrinin tətbiqi olub. Bu proses 2018-ci ilin aprel ayında məhkumlara və qətimkan tədbirləri tətbiq olunmuş şəxslərə münasibətdə bu vasitələrin siyahısı və qaydalarını təsdiqləyən hökumətin qərarının qüvvəyə minməsindən sonra başlayıb.
- Ötən müddət ərzində görülən işləri necə qiymətləndirirsiz?
- Xatırladım ki, dövlət başçısının 2017-ci il 10 fevral sərəncamında vurğulanıb ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.
Statistik məlumatların təhlili bu sahədə müsbət tendensiyaların, Probasiya orqanlarının səlahiyyətinə aid məhkumların sayında dinamik artımın olduğunu göstərir. Belə ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Probasiya Xidmətinin qeydiyyatında olan şəxslər 24 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8,2% daha çox məhkum qeydə alınıb.
Cari ilin 9 ayında belə məhkumlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% çox qeydiyyata alınıb.
Heç şübhəsiz ki, alternativ cəza növlərinin, həmçinin Probasiya qeydiyyatına daxil olan məhkumların sayının artması Azərbaycan Prezidentinin təkcə dövlətin cəza siyasətini humanistləşdirmək təşəbbüslərinin həyata keçirilməsinin göstəricisi deyil, həm də hakimlərin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan hökmlərin səmərəli icrasını təmin edən bir quruma inamın artmasının nəticəsidir.
- Elektron qolbaqların Azərbaycanda istehsal olunduğu bildirilir.
- Bəli, elədir. Elektron monitorinqin təmini üçün qısa müddət ərzində bu qurğuların istifadəsi, onların növləri, proqram təminatı, onların ölkəmizdə istehsal imkanları və texniki xidməti ilə bağlı beynəlxalq praktika öyrənilib.
Nəticədə yerli istehsalçı tərəfindən elektron nəzarət vasitələrinin istehsalına qərar verildi və artıq 2018-ci ilin yanvar ayında onların sınağına və pilot qaydada istifadəsinə başlanıldı. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın elektron qolbaqları keyfiyyətinə görə Avropadakı analoqlarından geri qalmır.
- Elektron qolbaqlar – azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslərə nəzarət üçün yeganə vasitədir, yoxsa digər üsullar da mövcuddur?
- Xaricdə praktiki olaraq bütün probasiya proqramları elektron müşahidənin bu və ya digər növündən istifadə edir. Cəzalarını çəkən və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilənlərə uzaqdan monitorinq Penitensiar sistemin xərclərinin azaldılması üçün ən geniş yayılmış üsullardan biridir. Alternativ hökmlərin icrasında maliyyə mənbələrinə qənaət etməkdən əlavə, elektron monitorinq bir sıra üstünlüklərə malikdir: Qanun pozucuları iş yerlərini saxlayır, ailədə olurlar, sosial əlaqələri itirmirlər. Elektron müşahidə çoxsəviyyəli tədbirlər sistemini istifadə etməyə və residivin qarşısını almaq məqsədilə nəzarətə imkan verir.
Aydındır ki, elektron nəzarətin istifadə sferası genişlənə bilər. 2019-cu ilin oktyabr aynında biz pilot qaydada Ədliyyə Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları İdarəsindəki həmkarlarımızla birlikdə ictimai işlərə məhkum edilmiş şəxslərə nəzarət etmək üçün nəzərdə tutulmuş elektron cizazların yeni növünün sınağına başladıq. Bu qurğular iş yerinə gələndən sonra onu barmaq izi ilə aktviləşdirən məhkumlara verilir.
Bundan sonra Probasiya Xidmətinin Elektron Monitorinq Mərkəzinə siqnal gəlir və ictimai işlər üçün təyin edilmiş yerin hüdudları çərçivəsində məhkuma nəzarət həyata keçirilir, həmçinin işlədiyi saatların elektron qeydiyyatı aparılır. Bununla əlaqədar olaraq, Cinayət Məcəlləsinə, Cəzaların Icrası və Inzibati xətalar məcəllələrinə müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi təqdim etmişik. Bütün bunlar nəticədə hüquq mühafizə sisteminə yüklənməni azaldacaq, azadlıqdan məhrum etmə yerlərində cəzalarını çəkən şəxslərin sayınını azaldılmasına imkan verəcək, ölkəmizdə cəza siyasətinin effektivliyin artmasına və optimallaşdırılmasına şərait yaradacaq.
- Elektron idarəetmə sistemlərindən səmərəli istifadə vahid informasiya sistemi olmadan mümkün deyil.
- Əlbəttə. Hal-hazırda beynəlxalq tələblərə cavab verən “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” vahid informasiya sisteminin tam tətbiqi üzərində iş aparılır. Sistem cəzaları icra edən orqanlar və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir, həmçinin elektron formatda məhkumların uçotu, sənədləşmənin və şəxsi işlərinin qeydiyyatına imkan verəcək, bu da Probasiya Xidmətinin əməkdaşlarının üzərinə düşən iş yükünün azalmasına və effektivliyinin artmasına imkan verəcək.
Bu sistem eyni zamanda müvafiq dövlət informasiya sistemləri ilə inteqrasiyanı və süni intellektin tətbiqini də nəzərdə tutur.
Oxu.az

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun18-01-2020 14:30 Ötən il Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
27-09-2019 15:10 Bakıda elektron qolbaq daşıyan məhkum seyf oğurlayıb
06-03-2019 14:09 Elektron qolbaq daşıyan qadın məhkumların sayı açıqlanıb
27-12-2018 22:18 Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır
02-11-2018 10:05 "Bu gün 230-dan çox məhkum elektron qolbaq daşıyır"
08-10-2018 14:09 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi