Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2019
11:48
Angela Merkelin tərəfdaşını da Bundestaqda titrəmə tutdu

Bundestaqın 41 yaşlı deputatı Mattias Houerin kürsüdə halı pisləşib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Focus Online xəbər verib.

Bildirilir ki, deputat  artıq çıxışını bitirərkən, nitqi qəfil dayanır: parlamentarinin rəngi ağarır, titrəməyə başlayır, nəfəs problemi başlayır.

Həmkarları dərhal Mattiasın yanına qaçır, onun əlindən tutaraq, növbətçi həkimlərə təhvil veriblər. 

Artıq millət vəkilinin ofisindən onun vəziyyətinin sabit olduğu bildirilib.

Yeri gəlmişkən, Houer Almaniyanın Xristian Demokratik Birliyinin nümayəndəsidir, yəni Angela Merkelin yaxın müttəfiqidir. Qeyd edək ki, kanslerin özü də sağlamlığı ilə öyünə bilməz: onun özündə də qorxulu titrəmələr olur.

Xatırladaq ki, Merkelə ilk "elektrikli" hücum Ukrayna prezidenti Vladimir Zelensky ilə görüş zamanı baş verib. Bir neçə gün sonra Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerdə qəbulunda kansleri yenidən şiddətli sarsıntıların hücumuna məruz qalır. Eyni vəziyyət Berlində Finlandiyanın Baş naziri Antti Rinne ilə görüşdə və Danimarkanın Baş naziri Mette Frederiksen ilə rəsmi görüş zamanı da təkrarlandı. Sonuncu dəfə isə bu yaxınlarda Çində eyni hal yaşanır. Lakin kanslerin özü hər şeyin qaydasında olduğunu və narahatlığa heç bir səbəb olmadığınıl iddia edir

Məqalədə : Bundestaq titrəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
339

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
550

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 07:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru