Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2019
11:12
Təcili şəkildə yataqxanalar tikilməlidir - Qənirə Paşayeva

Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin komitələrində 2020-ci ilin büdcəsi layihəsinin müzakirəsi zamanı cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində təkliflərlə çıxış edib.  

Səhiyyə, əmək və sosial siyasət, elm və təhsil, mədəniyyət, ailə qadın və uşaq məsələləri komitələrində büdcə müzakirəsi zamanı Q.Paşayeva kənd bölgələrində yaşayan insanlarımızın bir sıra təkliflərini səsləndirərək onların da gələn ilin büdcəsində nəzərə alınmasını istəyib.

Deputat ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı məsələ qaldırıb. Prezident İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb:

“Bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı cənab prezidentin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıram. İşlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir”.   

Təhsilə, məktəblərin tikintisi və təmirə  ayrılan  vəsaitlərin daha da artırılmasına ehtiyac olduğunu deyən Q.Paşayeva deyib:

“Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtyac var. Mən təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisini və təmirinin sürətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırırıq”.

Q.Paşayeva həmçinin bildirib ki, kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələ öz həllini tapmalıdır:

“Təhsilin aşağı düşməsinə imkan verməməliyik. Kəndlərdə təhsil düşərsə, bu ölkəmiz üçün problemlərin əsasını qoyacaq. Valideynlərin, kasıb və orta imkanlı ailələrin övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur. Dövlət universitetlərinin yataqxanaları artmalıdır.  Yataqxanaların tikintisinə daha çox vəsait ayrılmalıdır. İlkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanalar tikilməlidir, bu proses sürətlə davam etməlidir. Müvafiq qurumları bu məsələni həll etməyə çağırıram”.

Q.Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırışlar edib: 

“Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına ancaq çatır. Bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq. Autizmli uşaqların sayını ilən ilə artmasını nəzərə alaraq bu məsələyə xüusi diqqət yetirməliyik və bu uşaqların ailələri ciddi dəstək gözləyir.”  

Deputat aliment fondunun yaradılmasının vacibliyi barədə də məsələ qaldırıb.

“Artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır. Bundan başqa çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə qısa zamanda baxılmalı və bu məsələ həllini tapmalıdır”, - deyə Q.Paşayeva bildirib.

Məqalədə : yataqxana 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
121

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09

Dekabr
13:10
İQTİSADİYYAT
301

Şənbə günü yol qəzalarında 4 nəfər ölüb

09

Dekabr
13:08
HÜQUQ,HADİSƏ
237

Təhsil naziri əmr imzalayıb

09

Dekabr
13:03
ELM / TƏHSİL
2867

Bu ərazilərdə işıq olmayacaq

09

Dekabr
13:01
ÖLKƏ
288

Sabahın hava proqnozu açıqlanıb

09

Dekabr
12:59
ÖLKƏ
237

"Qızım İlkinin evində öldü" - Atası DANIŞDI

09

Dekabr
12:30
HÜQUQ,HADİSƏ
606
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 16:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru