Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2019
10:44
Ağdamda yeni məktəb binası istifadəyə verilib

Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Ağdam rayonu Əhmədağalı və I Yüzbaşılı kənd tam orta məktəblərində olub.

Görüşdən əvvəl F.Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İcra Hakimiyyətinin önündə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra Bayraq meydanında Şəhidlər abidəsinin önünə tər güllər düzülüb.

F.Qurbanov Ağdam rayon I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib. Nazir müavini açılışda çıxış edərək son illər ölkədə məktəb infrastrukturunun yenilənməsi istiqamətində əsaslı işlər görüldüyünü diqqətə çatdırıb. 

F.Qurbanov məktəb tikintisi ilə bağlı görülən işlərdən söz açıb. 

Daha sonra məktəb haqqında nazir müavininə məlumat verilib. Bildirilib ki, məktəb 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Məktəbdə 12 nəfər məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib. Son 3 ildə məktəbə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək uğurlu nəticə əldə edən 20 gənc müəllim cəlb edilib. Bu dövr ərzində məktəbi bitirən 6 nəfər ali təhsil müəssisələrinə, 14 nəfər isə kolleclərə qəbul olunub. Məktəbin şagirdlərindən biri Respublika fənn olimpiadasında gümüş medal qazanıb.

Sonra Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. 

F.Qurbanov onlarla səmimi söhbət aparıb. Nazir müavini məktəbdə yaradılmış şəraitlə də tanış olub. 

Bildirilib ki, ümumi təhsil müəssisəsi 1990-cı ilin sentyabrında istifadəyə verilib və məktəbin məzunu olmuş şəhid Müşviq Hüseynovun adını daşıyır. 2013-cü ildə məktəb əsaslı təmir edilib. Tədris binasında 18 sinif otağı, idman zalı, akt zalı, fənn laboratoriyaları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar var. Məktəbdə 287 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 14 nəfərdən 13-ü tələbə adını qazanıb.

Məqalədə : Məktəb Ağdam 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
261

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
296

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
331

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
327

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
235

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
329

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 07:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru