Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2019
12:30
Tarixdəki ən qorxulu 10 ORDU

"Zande döyüşçüləri"

"Zandelər" Afrika qitəsində ən qorxunc yerli döyüşçülər sırasındadır.

Afrikanı talamağa gələn Avropa dövlətlərinə qarşı Afrikanın balta dəyməmiş meşələrində özlərinin istehsal etdikləri nizə və digər kəsici silahlarla müdafiəyə başlayan bu qədim qəbilə avropalıların qorxulu yuxusuna çevrilmişdi. "Zande döyüşçüləri" bugünkü Konqo, Sudan və Orta Afrikada hələ də yaşayırlar. Adamyeyənlərdən bəhs edən və əfsanələrə mövzu olan "Zande döyüşçüləri" odlu silah istifadə etməyən və tamamilə ibtidai formada döyüşən bir xalq olub. Hazırda sayları təxminən 4 milyon nəfərdir.

"Yaquar döyüşçüləri"

İspanların Cənubi Amerika qitəsini tamamilə talan etməsiylə qədim imperiyalar olan Asteklər, Mayalar və İnklər tarixə qarışdılar. Asteklər ilk mərhələdə gələn ispan əsgərlərini tanrı hesab etdikləri üçün onlara müqavimət göstərməmişdilər. Amma buna qarşılıq olaraq ispanlar kiçik ordular şəklində milyonlarla asteklini qılıncdan keçirmişdilər. Asteklərin yerli ordusu yaquar dərisi geyinmiş və qorxunc görüntüləri olan "Yaquar döyüşçüləri"dir.

İspanlara qarşı o qədər də uğurlu müqavimət göstərə bilməyən Asteklərin "Yaquar döyüşçüləri" Cənubi Amerikaya ispanların gəlməsindən əvvəl çox güclü olublar və Avropa əfsanələrində özlərinə yer tapmışdılar.

"Fars ölümsüzləri"

Miladdan əvvəl Fars İmperatorluğu dövründə "Fars ölümsüzləri" imperatorluğun fəthində öz plana çıxıb və xüsusi döyüşçülərdən ibarət olub. Onlara "ölümsüz" deyilməsinə səbəb isə Yunan mənbələrində bu cür qeyd edilmələri və hər ölən əsgərin yerinə yenisinin gətirilərək ümumi sayın heç zaman azalmamasıdır.

Döyüşdə ölən bir "ölümsüz"ün yerinə seçiləcək namizəd uzun boylu, güclü bədəni və ən azı 2 il imperatorluğun sərhəd bölgələrində, döyüşlərdə özlərini sübut etmiş əsgərlər arasından seçilirdi. "Fars ölümsüzləri" Fars İmperiyasının fəthləri zamanı düşməni qorxudan ordu olub və xüsusi ilə Fermopil döyüşündə ön plana çıxıb. Bu döyüş Yunan-Fars müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində baş verib. Sparta sərkərdəsi Leonid qoşunun əsas hissəsini Afinanın müdafiəsinə göndərmiş, özü isə 300 spartalı ilə keçidi qorumuş, lakin qeyri-bərabər mübarizədə dəstəsi ilə birgə məhv olmuşdur. Son dövrlərin ən məşhur kinolarından olan "300 spartalı" filmi məhz bu döyüş haqdadır.

"Ölümsüzlər" heç vaxt birbaşa döyüşə qatılmayıblar. Təhlükəli vaxtlarda və dəyişən şərtlərə görə meydana çıxırlarmış. "Fars ölümsüzləri" zireh istifadə etməyən və tamamilə taktikaya hesablanmış döyüşçülərdən ibarət olub.

"Vikinqlər"

Skandinaviya ölkələrində, xüsusi ilə dənizlərdə fəaliyyət göstərən və talançılıqla məşğul olan gəmilərlə sürətlə hərəkət edən "Vikinqlər" qorxunc görüntüləri və mərhəmətsizlikləri ilə tarixə qorxu dolu səhifələrlə keçən bir ordu olub. "Vikinqlər" Avropada terror küləyi əsdirib, Fransaya qədər irəliləyiblər. Ən güclü olduqları dövrdə 30 min nəfərlə Parisi belə mühasirəyə alan Vikinqlər Fransa kralının fidyə və xərac vermək şərti ilə Paris mühasirəsindən çəkilmişdilər. Daha sonra Fransa kralının onlara verdikləri məhsuldar torpaqlarda yerləşən "Vikinqlər" əkinçiliklə məşğul olduqları üçün tarix səhnəsindən siliniblər. Vikinqlər getdikləri yerlərə, fəth etdikləri ölkələrə qan və vəhşilik götürmüşdülər. "Dəlilər" adı verilən xüsusi vikinq qrupunun narkotikdən istifadə etdiyi və getdikləri yerdə qətliam törətdikləri bildirilir. Dəniz səfərləri həyata keçirən "Vikinqlər" İslandiyanı talan etmiş və həmçinin Amerikanı ilk kəşf edənlərin də onlar olduğu bir çox tarixçi tərəfindən yazılır.

"Roma Senturionları"

Miladdan əvvəlki dövrdə Roma İmperatorluğu Avropanın demək olar yeganə hakimi olub və supergüc mövqeyində idi.

Ən təsirli olduğu vaxtlarda seçilmiş və yüksək döyüş qabiliyyəti olan əsgərlərdən ibarət "Senturionlar" Roma İmperiyasının gücünə güc qatan birlik idi. Xüsusi geyimlərdən istifadə edən "Senturionlar"ın yaş həddi 30 idi.

"Senturionlar" yüksək səviyyədə at miniciliyinə, oxuma-yazma bacarığına, üstün düşüncə qabiliyyətinə, qılıncla döyüşmək məharətinə malik əsgərlərdən ibarət olub.

"Samuraylar"

"Samuraylar" Yaponiayada 10 və 18-ci yüz illik arasında fəaliyyət göstərən müdrik döyüşçülərə verilən addır. "Samuraylar" "daimyo" adı verilən və Yaponiyada təsirli rola malik torpaq sahiblərinə xidmət edən əsgərlər olub. "Samuraylar"ın özlərinə aid bir fəlsəfəsi və inanca əsaslanan təlimləri var.

"Samuraylar" ninzaların əksinə olaraq daha savadlı və təmkinli usta döyüşçülər olublar. "Samuraylar" Yaponiyanın bütövlüyünün qorunması və modernləşməsindən sonra zaman keçdikcə yox olmağa başlayıb və imperatorluğun qərbləşmə hərəkətləri çərçivəsində 1800-cü illərin ortalarından etibarən tarixdən tamamilə slinmişdir.

"Samuraylar"ın əsas silahı qılınc olub və ondan yüksək məharətlə istifadə ediblər. Hətta başın dərisinə yaxın saç telini belə qılıncla kəsə bildikləri deyilir.

"Sparta ordusu"

Spartalılar Qədim Yunanıstanda yaşamış, bu gün Şimali Yunanıstanda yerləşən ərazidə yaşamış xalqdır. Xüsusilə döyüşçü şəxsiyyətiylə tanınan spartalılar tamamilə döyüş üzərinə təşkilatlanmış bir dövlət qurublar.

Oğlan uşaqlarını kiçik yaşdan etibarən əsgər olması üçün yetişdirən spartalılar, yaxşı qılınc istifadə edən əsgərlər imiş. Sparta dövlətində gündəlik əkinçilik və maldarlıq kimi işlər kölələr tərəfindən icra edilirdi. Sparta qadınlarının isə tək məqsədi Sparta dövlətinə yeni əsgərlər doğmaq idi.

Spartalılar yeni doğulan uşaqların gözlə görünə bilən fiziki qüsurunun olub olmadığına baxırdılar. Əgər varsa, birbaşa onun ölümünə qərar verirdilər.

Bu vəziyyət spartalıların "üstün irq" düşüncəsinə söykənən dövlət qurduğunu göstərir. Bəzi tarixçilərə görə, nasizmin təməlləri spartalılara aiddir. Spartalılar xüsusilə Fars İmperiyası ilə "Fermopil döyüşü" zamanı ön plana çıxıb və tarix boyu bu döyüşlə xatırlanıblar.

"Haşhaşilər"

"Haşhaşilər" İsmaili məzhəbinə mənsub Hasan Sabbah tərəfindən yaradılmış sui-qəsd dəstəsi olub. Alamut qalasında məskən salan "Haşhaşilər" burada onlara qarşı olan hər kəsi öldürüblər. Hasan Sabbah təhdid kimi gördüyü kral və ya generalı hədəf göstərir, bir sui-qəsdçi sonunda ölüm olmasına baxmayaraq gedib vəzifəsini tamamlayırdı. Birbaşa ordularla döyüşməyən Hasan Sabbah şəxsləri hədəf götürdüyü üçün kralların və generalların qorxulu yuxusuna çevrilmişdi.

Bir gün Səlcuqlu hökmdarlarından bir Hasan Sabbahı məğlub etmək üçün qalanı mühasirəyə alır. Səhərisi gün yuxudan oyandıqda yatdığı çadırda yatağının yanına sancılmış ox görür. Oxa bərkidilmiş məktubda, "istəsəydim səni öldürərdim" yazılıbmış. Bundan sonra Alamut qalasının mühasirəsi qaldırılır.

Hasan Sabbah xüsusi aldatma fəndləri ilə ətrafına Cənnət xəyalı quran müridlər toplayırmış. Bu müridlər onun Cənnət xəyallarına inanaraq özlərini ölümə atırlarmış.

Alamur qalası Monqol hökmdarı Hülaki Xan tərəfindən fəth edilir, "Haşhaşilər" isə qılıncdan keçirilir və tarixdən silinirlər. "Haşhaşilər" həyata keçirdikləri sui-qəsdlər və xüsusi fəndləri sayəsində illər boyu əfsanələşən birlik olublar.

"Yeniçərilər"

Osmanlı İmperiyasının qorxulu ordusu adlandırılan "Yeniçərilər" tarix boyu imperiya üçün müharibələr edib, fəthlər həyata keçiriblər. Birinci Muradın zamanında qurulduğu bildirilən "Yeniçərilər" Qafqazdan Afrikaya, Balkanlardan Rusiyaya qədər böyük bir ərazidə fəaliyyət göstərib.

Bir çox Avropa əfsanəsində yer alan "Yeniçərilər" xüsusi ilə oxatma, qılıncoynatmada məharətli əsgərlərdən təşkil olunubmuş. Onların əsas birlikləri isə "Dəlilər" adı verilən əsgərlər imiş. Döyüşlərdə ön sırada hər zaman xüsusi geyimləri və parlaq zirehləri ilə "Dəlilər" gedirmiş. Onlar barədə Avropa mənbələri daha çox yazıblar. İtaliya tarixçiləri "Yeniçərilər"dən xüsusi qorxu ilə bəhs ediblər. Hətta uşaqları qorxutmaq üçün, "Susun, türklər gəlir", - deyə atalar sözü də var.

"Monqol ordusu"

Çingiz Xanın Orta Asiya səhralarında özbaşına şəkildə yaşayan monqol tayfalarını birləşdirməsi və nizamlı hərəkəti ilə yaranan, dünya tarixində adı qan və vəhşiliklə çəkilən "Monqol ordusu" Orta Asiyadan Avropaya qədər xalqları qorxudan titrətmiş "döyüş maşını"dır.

At belində daim quru ət parçaları yeyərək davamlı şəkildə döyüşən və Qərbə doğru irəliləyən monqollar, bir çox xalqların tarixlərində "şeytan" kimi təsvir edilib. Çingiz Xan və "Monqol ordusu"nun həmin dövrdə dünyada yaşayan insanların 6 faizini öldürdüyü bildirilir.

Minlərlə adamı qılıncdan keçirən monqollar Avropaya vəbadan tutmuş və vəhşiliyə qədər bir çox faciə yaşadıblar.

Monqolların nəvələri də eyni qanlı tarixi davam etdiriblər. Hülakü Xan və "Monqol ordusu" Abbasiləri tarix səhnəsindən silib və Bağdadı yandırıblar. Hülakü Xanın komandiri Baycu Noyan isə Anadoluda qanlı döyüşlər həyata keçirib, xeyli insanın köç etməsinə səbəb olmuşdur.

Dünya tarixinə qan və vəhşilikdən başqa heç nə bəxş etməyən monqollar işğal etdikləri yerləri yandırıb məhv etmək düşüncəsi ilə hərəkət edən nəhəng ordu olub.

FaktXeber

Məqalədə : güclü ordu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
80

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
52

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
19

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
26

Xurmanın faydaları: Kimlərə olmaz?..

08

Noyabr
12:05
AİLƏ, SAĞLAMLIQ
289
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 16:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru