Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

İmam Hadi (ə) buyurur: «Məndən sonra imam, doğrudan da, mənim övladım Həsən (ə), ondan sonra isə onun övladı Qaimdir. Qaim yer üzünü zülm bürüdükdən sonra onu ədalətlə doldurasıdır».
Ləqəbləri: Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.
Künyəsi: Əbu Muhəmməd.
Bu gün, hicri qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) şəhadət günüdür.
İmam Həsən Əsgərinin (ə) atası, İmam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib. O, 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəmid tərəfindən zəhərlənərək şəhid edilib.
Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. İmamlıq dövrü altı il olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və İraqın Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.
İmam Həsən Əsgəri (ə) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:
1) Əl-Mötəzz Billah (252–255 h.q)
2) Əl-Mühtədi Billah (255–256 h.q)
3) Əl-Mötəmid (256–279 h.q).
İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əsgər adlı bir yerdə saxlanıldığı üçün "Əsgəri" adlandırılmışdı. O həzrətin əsas fəaliyyəti xalqın qeyb dövrünə hazırlanması olmuşdur. İmam Mehdinin (əc) dünyaya gəlişinin yaxınlaşması, qeyb dövrünün xüsusiyyətləri haqqında xalqa agahlıq verilməsi, şiələrlə birbaşa əlaqələrin məhdudlaşdırılması İmam Həsən Əsgərinin əsas fəaliyyətlərindən olmuşdur.
İmam çətinliklə də olsa, İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş şagirdlər yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.
Tarixi qaynaqlara əsasən, İmam Həsən Əsgəri (ə) müsəlmanlar arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün müsəlmanlara nəzarət edə bilmişdir. İmamın fəliyyətlərindən biri də müsəlmanları, xüsusən də yaxın dostlarını maddi cəhətdən təmin etmək olub. Müsəlmanlardan bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsi, İmamın da onların maddi ehtiyacını ödəməsi, hətta bəzən özləri şikayətlənmədən İmam özü onların maddi ehtiyacını aradan qaldıraraq maddi çətinlik ucbatından xəlifəyə tərəf cəlb olunmasının qarşısını alırdı.
İmam Həsən Əsgərinin cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə üsullarına əl atıb İmamı gizlincəsinə zəhərləyir.
İmamdan hədislər:
1. Adamın belini qıran fəlakət odur ki, yaxşı iş görəndə gizlədən, pis hərəkət görəndə car çəkib yayan qonşusu olsun.
2. İnsanların ən pərhizkarı (təqvalısı) odur ki, şübhə anında durmağı bacarsın (yəni şübhəli işlərdən uzaq dursun). İnsanların ən ibadətkarı vacib ibadətləri yerinə yetirən şəxsdir (yəni vacibata tam əməl etməyincə müstəhəbbata keçməyəndir). İnsanların ən zahidi haramlardan kənar duran adamdır. İnsanların ən çalışqanı isə günahları tərk edəndir.
3. Yaxşıların yaxşıları sevməsi yaxşılar üçün savabdır. Pislərin yaxşıları sevməsi yaxşılar üçün üstünlükdür. Pislərin yaxşılara ədavəti yaxşılar üçün bəzəkdir. Yaxşıların pislərə ədavəti pislər üçün rüsvayçılıqdır.
4. Hər bir izzətli adam haqqa arxa çevirsə, zəlil olar. Hər bir zəlil adam haqqa üz çevirsə, izzət qazanar.

Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
06
Dekabr- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür
- 05-11-2019 12:06 Həccə getmək istəyən vətəndaşlarımız niyə Gürcüstana üz tutur?
- 29-10-2019 16:27 Mükəmməl gözəllik və əzəmət - İmam Rza ziyarətgahının tarixi
- 27-10-2019 09:48 Bu gün İslam Peyğəmbərinin vəfatıdır
- 25-10-2019 10:50 Sünni mənbələrində salavat barədə belə yazılıb
- 23-10-2019 14:32 Küləklər şəhəri Bakı ilə Kərbəla arasındakı yol qeydləri - FOTO
- 21-10-2019 11:42 Ərbəin gecəsi Kərbəla - FOTO
- 18-10-2019 16:27 ƏRBƏİN - Aşuranın 40-cı günü
- 17-10-2019 10:09 Ərbəin ziyarəti möminlik nişanəsidir
- 10-10-2019 15:19 Kərbəlaya piyada getməyi ilk dəfə kim başladıb?
- 07-10-2019 09:52 İmam Hüseyn (ə) və Ərbəin
- 02-10-2019 12:41 Hacı Şahin: "Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!"
- 27-09-2019 11:22 Bəni-Haşim şəhidlərinin sayı neçədir?
- 26-09-2019 16:40 "Kərbəla - əbədi mübarizə fəlsəsfəsi" mövzusunda konfrans keçirilib - FOTO
- 26-09-2019 15:05 İlk ərəb astronavt üçün namaz və orucla bağlı problem yaranıb - FOTO
- 16-09-2019 12:09 Mədinənin Quba Məscidində İmam Hüseyinin (ə) qatillərinə lənət oxundu
- 12-09-2019 12:01 Elm və Din qarşıdurması: iddia və cavab
- 10-09-2019 16:05 Aşura mərasimindən VİDEO reportaj
- 10-09-2019 15:40 Aşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTO
- 10-09-2019 13:05 Aşura günü Bakı məscidləri - FOTO
- 10-09-2019 09:41 Tasua gecəsi Kərbəla - FOTO
- 10-09-2019 09:02 Bu gün Aşuradır
- 09-09-2019 11:10 Azərbaycan İslam Partiyası xalqımıza, dünya müsəlmanlarına başsağlığı verib