Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2019
12:06
Həccə getmək istəyən vətəndaşlarımız niyə Gürcüstana üz tutur?

Hazırda Həcc ziyarəti mövsümü olmasa da, Azərbaycandan  müqəddəs torpaqları ziyarət etmək çox baha başa gəlir. Hacı olmaq istəyənlər bu yola çıxarkən uzun bir məsafə qət etməli olurlar. Ona görə də tarixən Həcc ziyarəti uzun və məşəqqətli yolçuluq hesab edilib.

Günümüzün reallığında isə hava yolu vasitəsilə Həcc ziyarətini gerçəkləşdirmək o qədər də məşəqqətli deyil. Daha məşəqqətli olan məsələ Azərbaycanda bir zəvvarın ziyarəti üçün maliyyənin çox yüksək (7250 manat) olması ilə bağlıdır. Halbuki, qonşu Türkiyə, Rusiya və Gürcüstanda ayrılmış kvotanın qiyməti ölkəmizlə müqayisədə xeyli ucuzdur.  

Məsələnin maraqlı tərəflərindən biri də Gürcüstanda həyata keçirilən Həcc ziyarətləri ilə bağlıdır.

Gürcüstanda yaşayan azərbaycanlılar Həcc ziyarəti etmək üçün hara müraciət edirlər?

Eyni zamanda, Gürcüstandan ziyarətə getməyin ucuzluğuna görə, azərbaycanlı zəvvarlar arasında müraciət edənlər olurmu?

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mövzu ilə bağlı bildirib ki, Gürcüstandan Həcc ziyarətinə getmək indi çox asanlaşıb:

“2010-2011-ci illərə qədər Gürcüstanda yaşayan müsəlmanlar Qafqaz Müsəlmanları İdarəsinin xətti vasitəsilə ayrılmış kvota ilə Həcc ziyarətinə  gedirdilər. Ancaq 2011-ci ildən bu yana Gürcüstanda yaşayan müsəlımanlar üçün Səudiyyə Ərəbistanından xüsusi kvota ayrıldı. Daha sonra Gürcüstanın Səudiyyə Ərəbistanında səfiliyi açıldı. Səudiyyə Ərəbistanının Gürcüstanda konsulluğu fəaliyyətə başlayıb. İndi çox asanlıqla viza almaq da olur”.

Şeyxin sözlərinə görə, buradan Həcc ziyarətinə gedənlərin sayı o qədər də çox olmur:

“Gürcüstanda yarım milyon müsəlman yaşayır. Onlar bizə 500 nəfər kvota ayırmışdılar. Ancaq əslən Gürcüstandan olan azərbaycanlıların çoxu burada deyil. Ona görə də bir hissəsi Rusiya xətti, digər hissəsi isə Azərbaycan xətti ilə getdiklərinə görə buradan Həcc ziyarətinə gedənlərin sayı 50 nəfəri aşmır. 2018-ci ildə Gürcüstandan 34 nəfər Həcc ziyarətinə gedib. Onu da deyim ki, 33-34 nəfərdən artıq Həcc ziyarətinə gedən olmur”.

Hacı Ramin İgidov qeyd edib ki, Azərbaycanda yaşayan azərbaycanlılar arasında da müraciətlər olur:

“Gürcüstandan Həcc ziyarətinə gediş ancaq təyyarə ilə mümkündür. Qiymətlər 3500 dollara (5950 manat - red.) olub. Axırıncı Həcc ziyarəti zamanı gedən hacılarımız 22 gün qaldılar. 22 gün ərzində bütün xərclər həmin qiymətə daxil idi. Bəzi hallarda Gürcüstandan Həcc ziyarətinə getmək üçün Azərbaycandan bizə müraciət edənlər olur. Ancaq bu müraciətlər cavabsız qalıb. Yalnız Gürcüstanda müvəqqəti yaşama izni olanlar, ya da iş adamlarına icazə verə bilərik. Elə olmadığı təqdirdə başqa ölkənin vətəndaşlarını Həcc ziyarətinə apara bilmirik. Yalnız 5-10 nəfər xarici vətəndaşa icazə verilir. Daha artığına icazə yoxdur”. (modern.az)

Məqalədə : Həcc ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
530

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
348

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
342

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
323

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
437

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
436

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
637
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 03:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru