Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2019
16:41
Sumqayıt və Abşeron istiqamətində tıxacla bağlı tədbirlərə başlanıldı

Günün pik saatlarında Bakı-Sumqayıt və Bakı-Abşeron istiqamətlərində yaranan tıxacı aradan qaldırmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) layihələrin icrasına başlayıb.

Bu barədə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, ilkin olaraq Masazır istiqamətində olan marşrut xətlərində yenilənmə aparılacaq:

"Bu barədə müəyyən daşıyıcıların qarşısına tələblər qoyulub və 525 saylı marşrut xəttinə yeni 20 avtobus veriləcək. Yeni ildən həmin istiqamətlərdə avtobus parkının yenilənməsi və marşrut xətlərinin artırılması nəzərdə tutulur”.

N.Allahyarova qeyd edib ki, sərnişinlərdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq monitorinq qrupu təşkil edilib:

“Bakı istiqamətində gələn sərnişinlərin şikayətlərini nəzərə alaraq monitorinq qrupu təşkil edilib. Onların köməyi ilə müəyyən olunacaq ki, hansı istiqamətlərdə avtobus çatışmazlığı var və bu kimi problemlər araşdırılacaq. Vəziyyəti yaxşı olmayan, 10 ildən artıqdır istifadədə olan, tutumu az nəqliyyat vasitələri yeniləcək. Yeni avtobuslar isə daha komfortlu, iritutumlu olacaq. Ən vacibi isə onlarda panduslar quraşdırılacaq”.(Trend)

Məqalədə : Sumqayıt Abşeron 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
339

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
549

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 05:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru