Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2019
11:28
Prezident Bakı-Sumqayıt yolundakı tıxacdan danışdı - VİDEO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

FaktXəbər-in məlumatına görə, prezident çox yaxşı işlərin görüldüyünü deyərək, Bakı şəhərinin bütün küçələrinin ən yüksək standartlara cavab verməli olduğunu bildirib: "Harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq."

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov layihə hazırlayıb təqdim edəcəyini deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
235

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
224

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
280

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
447
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 03:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru