Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2019
13:22
Zərdüş Əlizadə İraqda baş verən hadisələrin səbəbini şərh edib

İraqda oktyabrın ayının ilk günlərindən başlayan etiraz aksiyaları Ərbəin mərasimlərinə görə dayandırılmışdı. Ərbəindən sonra aksiyalar yenidən bərpa edilib. Son məlumatlara əsasən, məlum aksiyalar zamanı 100-dən çox etirazçı həyatını itirib, yaralıların sayının isə 1000 nəfərdən çox olduğu bildirilir. Etirazçılar əsasən işsizlik, sosial bərabərsizlik və xarici dövlətlərin İraqda nüfuzunun artmasından şikayət edirlər. 

Faktxeber.com olaraq politoloq Zərdüşt Əlizadə ilə İraqda baş verən son etirazların səbəbləri haqda müzakirə apardıq. 

- Zərdüşt bəy, İraqda keçirilən etiraz aksiyalarında əsasən gənclik fəal görünür, nüfuzlu dini və siyasi liderlər prosesdən kənarda dayanıb, sadəcə bəzi məsləhətlər səsləndiriblər, necə hesab edirsiz bunun səbəbi nədir?

- Tanınmış şiə liderlər birmənalı şəkildə hakimiyyəti ittiham edirlər ki, xalq ağır vəziyyətə düşüb. Müqtəda əs-Sədr, Ayətullah Sistani münasibət bildirərək höküməti tədbir görməyə səsləyib. Hazırda İraq höküməti çıxılmaz vəziyyətə düşüb. Formalaşmış cinayətkar və korrupsiyalaşmış hakim zümrə iqtisadi vəziyyətin dəyişməsinə imkan vermir. İraq çox zəngin ölkədir. Dünyanın ən böyük neft anbarlarına sahibdir. Xaricdən gələn neft pulları hakim zümrə arasında bölüşdürülür və aşağılara çatmır, həmçinin imkansız təbəqənin sərbəst işləməsi üçün şərait də mövcüd deyil. Sadaladığım ədalətsizliklərin əleyhinə ciddi ictimai etirazlar var və dini kəsim, şiə liderlər etirazçıları müdafiə edirlər. 

- O zaman nüfuzlu din xadimlərinin etirzların önündə getməməsini nəcə izah edərdiniz? 

- İraqda hər bir nüfuzlu dini və siyasi cərəyanın mühafizə dəstələri var. Onlar meydanlara çıxsalar, gərək ölkədə vətəndaş müharibəsi başlasın. Bu isə hakim təbəqənin heç bir cinahının marağına cavab vermir. Bu səbəbdən onlar imkan verir ki, aşağı təbəqə silahsız etirazını bildirsin və hakimiyyət məcbur olub ciddi islahatlara başlasın. Ciddi islahat zamanı isə əsas məsələ milli gəlirin bölgü prinsipi olacaq; müxalifət liderlərinə daha çox çatmalıdır, əhaliyə ondan bir az çox, yuxarıda oturanlara isə az qism. 

- Zərdüşt bəy, etirazçıların əsas narazı olduğu məqamlardan biri də xarici ölkələrin İraqda nüfüzunun çox olması ilə bağlıdır... 

- Yadınıza salın Azərbaycan Xalq Hərəkatını. Etiraz edən kütlə Azərbaycanın sərvətlərinin Sovet İmperiyası tərəfindən istismar olunduğundan narazı idi. Sovetlər yox oldu, hakimiyyətə yerli zümrə gəldi və məlum oldu ki, bunlar imperiyadan daha çox ciblərini doldurur. İraqda da vəziyyət oxşardır. İctimai ədalətsizliyi görən gənclər günahı xarici qüvvələrdə, ilk növbədə İranda görməyə başlayırlar. Amma İran İraqda qazanmır, əksinə xərcləyir. Sadəcə olaraq hakim zümrə xalqdan daha çox oğurlayır. Mən sizi əmin edirəm ki, İran İraq üzərindən əlini götürərsə, yerli hakim təbəqə tam nəzarətsiz qalıb daha da çox oğurlayacaq və iş vətəndaş müharibəsinə çatacaq. İraq siyasi mədəniyyətində bir-biri ilə danışmaq, sövdələşmək, ictimai müqavilə bağlayıb ona riayət etmək ənənəsi, mədəniyyəti yoxdur. Mənim yaxşı yadımdadır 1963-cı ildə BƏƏS hərbi çevriliş edəndə, Əbdül Kərim Qasimə televiziya kameraları qarşısında güllə sıxdılar. Hər bir çevrilişdə hakimiyyətdə olanların başı kəsilib. Səddam Hüseyn hakimiyyətə gələndən sonra isə siyasi terror başladı. O günə qədər ki, Səddam Hüseynin özünü edam etdilər. Yenə təkrar edirəm, təəssüflər olsun ki, İraq cəmiyyətində razılaşma, barış, konstitusiyaya, ictimai müqaviləyə, başqalarının haqlarına hörmət ənənəsi yoxdur.

Məqalədə : Zərdüşt Əlizadə İraq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
304

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
345

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 13:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru