
Pentaqonun əmriylə sionist-tarixçi Bernard Luis legitim İslam blokunun parçalanmasına yönəlmiş məşhur planı hazırlamağa başladı. İraq, Suriya, Livan, Misir, Sudan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı və Şimali Afrika ölkələri bir-birinin ardınca parçalanmalıdır. Hər dövlət millətinə, dininə, fəlsəfi məktəbinə, təriqətlərə müvafiq olaraq, xırda hissələrə bölünməlidir. Parçalanacaq bütün ərəb və İslam dövlətlərinin yeni xəritələri Luisin nəzarəti altında hazırlanıb.
Bu plan 30 il əvvəl hazırlansa da, indi, gözümüzün önündə həyata keçirilir. Misirin dövlət qəzeti “Əl-Əhram” ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı ifşaedici yazılar çap edib. Qəzet tanınmış yazarı Məhəmməd Duniyanın geniş məqaləsində Yaxın Şərqin tədqiqatçısı, Prinston Universitetinin professoru amerikalı Bernard Lüisdən bəhs edilir. Bildirilir ki, Lüis 30 il əvvəl Misirin dörd yerə parçalanması planını işləyib. Belə bir plan digər ərəb və İslam dövlətlərinə də uyğun şəkildə hazırlanıb.
“Müsəlman qardaşları”nın lideri Mühəmməd Badi Lüisə qarşı belə ittihamları hələ iki il əvvəl irəli sürmüşdü. Bu məlumat sonralar islamçıların internet mətbuatında yer aldı. Diqqət edəndə aydın olur ki, Duniya özü heç nə yazmayıb, sadəcə tanınmış ərəb müəlliflərinin 2010-2011-ci illərdə yazdıqları məqalələrindən müəyyən hissələri öz adına çıxıb.
Duniya yazısında göstərir ki, son zamanlar bəzi KİV-lər Misirin parçalanmasına dair müəmmalı ideyanı canlandırmağa çalışır. Bu amerikan-sionist plan Misirin dörd xırda ölkəyə parçalanmasını nəzərdə tutur.
Keçmişdə belə fikirlərə ciddi yanaşılmırdı, lakin amerikalıların Qahirədəki baş qərargahında polis axtarışları zamanı Misirin parçalanması əks olunan xəritələr tapılıb. Bu xəritələr göstərir ki, Misirin parçalanması planı həqiqətən mövcuddur və bu ideya yəhudi mənşəli Britaniya şərqşünası Bernard Lüisə məxsusdur. O, Pakistandan tutmuş Mərakeşə qədər İslam dünyasının parçalanması planını hazırlayıb. Bu plan Amerika Müdafiə Nazirliyinin jurnalında çap edilib.
Duniya Lüisin planlarından danışarkən, “strateji ekspertə, istefada olan misirli general Samih Seyf əl-Yazala” istinad edir. General deyir: “1980-ci ildə İran-İraq müharibəsi dövründə Zbiqnev Bjezinski bir bəhanə axtarırdı ki, gələcəkdə Körfəzdə ikinci müharibəyə başlasın. Müharibə Sayks-Piko gizli razılığının həyata keçirilməsi üçün vacib idi. Bu saziş Yaxın Şərq ərazilərinin bölünməsi haqqında Britaniya, Fransa və Rusiya arasında bağlanıb. ABŞ bu razılıqda iştirak etməmişdi və heç nədən xəbəri yox idi. Aydın deyil ki, 64 ildən sonra yeni müharibəni qızışdırmaq Bjezinskinin nəyinə lazım idi. Pentaqonun əmriylə yəhudi-tarixçi Bernard Lüis legitim islam blokunun parçalanmasına yönəlmiş məşhur planı hazırlamağa başladı. İraq, Suriya, Livan, Misir, Sudan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı və Şimali Afrika ölkələri bir-birinin ardınca parçalanmalı idi. Hər dövlət millətinə, dininə, fəlsəfi məktəbinə, təriqətlərə müvafiq olaraq, xırda hissələrə bölünməliydi. Parçalanacaq bütün ərəb və İslam dövlətlərinin yeni xəritələri Lüisin nəzarəti altında hazırlanmışdı.
Sonra Nildən tutmuş Fərata qədər sionist hökmranlığı təsvir olunur: “Sinaydan şərqi Deltaya qədər yerləşən birinci dövlət yəhudilərin təsiri altında olacaq. Bununla da yəhudilərin çoxərslik arzusu yerinə yetəcək. İkinci dövlət xristian dövləti olacaq. Üçüncüsü, Nubi dövləti - Cənubi Sudanla birləşəcək, cənubi Misiri Mərakeş və Qırmızı dəniz arasında yerləşən barbarlar ölkəsi ilə birləşdirəcək. Dördüncüsü, Misir ərazisinin qalıqlarından ibarət İslam Misiri. Planı hazırlayanlar hesab edir ki, bu dövlət də sonradan yəhudilərin əlinə keçəcək və o, Böyük İsrailin tərkib hissəsi olacaq”.
Duniya xəbərdarlıq edir: “Strateji ekspert əl-Yazala görə, ölkədə müəyyən qüvvələr uzun illərdir ki, parçalanma planını həyata keçirməyi arzulayırlar. Bu xarici elementlər sevinir ki, Misirdə inqilab olur və dövlətin parçalanması asanlaşır. Bu vəziyyət bir neçə xarici konfranslarda fəal müzakirə olundu. Misirin dünya bloklarına (birliklərinə) qarşılıq verə bilməyən xırda hissələrə parçalanmasının imkanları öyrənildi”.
Muhəmməd Duniyanın məqaləsinin Yaxın Şərq Tədqiqat İnstitutu tərəfindən çapı, yeni tədqiqatların ortaya çıxmasına təkanı verdi. Nəzəriyyənin daha geniş yayıldığı aşkar edildi.
“Əl-Əhram” qəzeti bir yenilik kəşf etməyib, sadəcə ərəb dünyasında gəzən məlumatı yayıb. 2011-ci ilin fevral ayında Misirin “Əl-Meydan” qəzeti yazırdı: “Tarix göstərir ki, 1916-cı il Sayks-Piko razılaşmasının ərəb dünyasının parçalanması planı hələ də qüvvədədir. Bu plana əsasən, Nildən Fərata qədər ərazidə Böyük İsrail dövləti yaradılmalıdır. Bunun üçün Qərbdə xristian əhalisi güclü təbliğ edilir, kütlə şüuruna yeridilir ki, İsanın ikinci gəlişi ərəb dünyasının xarabalıqları üzərində Yəhudi dövlətinin yaranmasından sonra baş tutacaq”.
“Əl-Meydan” qəzeti bu barədə Amerikada dərc olunan “Armed Forces Journal”ın “Qanlı sərhədlər. Ən yaxşı Yaxın Şərq necə olacaq?” yazısına istinad edir. Bildirilir ki, yazının müəllifi polkovnik Ralf Peters Lüisin planına əl gəzdiribmiş. Yazı 2006-cı ildə çap olunduqdan sonra onun on-line variantından xəritə yoxa çıxıb. Petersin tərtib etdiyi xəritə ilə ərəb dünyasına məlum olan xəritələr arasında böyük fərqlər var.
“Əl-Meydan” qəzeti “analitika və tədqiqatlar” bölməsində Hussam əl-Hakimin qələmiylə Lüis-Peters planı haqqında bunları yazır: “Lüisin müsəlman dünyasının parçalanması planı 80-ci illərin əvvəllərində hazırlanmış və 1983-cü ildə Amerika Konqressinin gisli sessiyasında təsdiq edilmişdi. Bu plan sonrakı illərdə Amerikanın xarici siyasətini müəyyən etdi. “Armed Forces Journal”dakı məqalədə qeyd edilir ki, dövlətlərarası sərhədlər müvəqqətidir və dəyişkəndir. Bu ölkələr bölünəcək və onların ərazisi azalacaq: Türkiyə, İraq, İran, Səudiyyə Ərəbistanı, Pakistan, Suriya, BƏƏ.
Dünyanın qanlı bölünməsinin əsas qalibi isə Böyük Kürdüstan olacaq. Onun tərkibinə İraq Kürdüstanı, Məsul və Kərkük, eləcə də İran, Suriya, Ermənistan, Azərbaycan və Türkiyədən qoparılmış torpaqlar daxil olacaq.
Plana görə, Cənubi Sudanda neft, qızıl və uranla zəngin xristian mini-dövləti yaradılacaq. Sudanın parçalanması artıq baş verir. Dərfurda ayrı bir dövlətin yaradılması da mümkündür.
Şimali Afrikanın taleyi Liviya, Əlcəzair və Mərakeşin uğurlu parçalanmasından asılı olacaq. Bu ölkələrin əvəzinə barbarlar ölkəsi peyda olacaq. Tunis, Liviya, Mərakeş və Əlcəzairin əraziləri çox kiçiləcək. Plana görə, Küveyt, Qətər, Oman sultanlığı, BƏƏ tam ləğv ediləcək. Onların əvəzinə xırda dövlətlər - şiələrin Əqsa və sünnilərin Hicaz dövlətləri peyda olacaq. İraq üç dövlətə bölünəcək: kürdlərin, şiələrin və sünnilərin dövlətinə. Suriyanın sahilboyu ərazisi şiələrə, Aleppo şəhəri sünnilərə aid olacaq. Bundan əlavə, Suriyanın ərazisi daha xırda hissələrə parçalanacaq - Dəməşq sünni dövlətinə, dəruzilərin dövlətinə çevriləcək. Livan səkkiz hissəyə bölünəcək. Burada sünnilər, şiələr, xristianlar torpaq ələ keçirəcəklər. Yaranmış xristian dövləti İsrailin nəzarətində olacaq.
“Əl-Meydan”, “Əl-Əhram”, “Ərəb Ordularının Forumları”nda və digər mətbu orqanlarda təkrarlanan bu mətnlərin müəllifi isə görünür Fəthi Şihab-əl-dindir. Onun mətnlərinin hissələri ehtimala görə, İsrail “Kivunum” (“İstiqamətlər”) jurnalında 1982-ci ildə yayılmış yazılardandır. Ərəb dünyasının parçalanmasının dəqiq xəritələri 2011-ci ilin mart ayında “Ərəb Ordularının Forumu”nda yerləşdirilibmiş.
Ərəblərin “sionizmin xaç atası” adlandırdıqları Bernard Lüis görkəmli fiqurdur. O, Amerikada “İslam fundamentalizmi”, “sivilizasiyaların toqquşması” kimi ifadələri gündəmə gətirib. 60-cı illərdən etibarən o, Qərbin İslamla toqquşmasına dair xəbərdarlıqlar edir. O, parçalanma planının müəllifi olsa da, əsas sayılmır; onun ideyalarını konkret dövrdə bir neçə dövlət həyata keçirir.
Qeyd edək ki, Bernard Luis 31 may 1916-cı ildə İngiltərənin paytaxtı Londonda doğulub. Princeton Universitetinin professordur. İslam tarixi və İslam-Qərb əlaqəsi haqqında ixtisaslaşıb. Yəhudi mənşəlidir və Corc Buşun məsləhətçilərindən olub. Məşhur Bilderberq mason klubunun üzvüdür.
London Universitetində təhsil alıb. Doktorantura mövzusu İslam Tarixi olub. Araşdırma sahələri orta əsrlər İslam dünyası, müasir Orta Şərq və Osmanlı İmperatorluğudur. "İslam terrorizmi" və "İslam fundamentalizmi" fikirlərinin banisidir.
Sima Ənnağı/"Professional Oxucu Liqası"
Xüsusi olaraq "FaktXeber" üçün

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
20
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq