Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2019
10:50
Sünni mənbələrində salavat barədə belə yazılıb

Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: "Cümə günü günlərinizin ən fəzilətlisidir. Çünki Cümə günü Adəm (ə) xəlq edildi, Cümə günü vəfat etdi, Cümə günü (ruhların məhşərə toplanması üçün) Sur çalınacaq (ən-nəfxətu), Cümə günü bütün canlıların ölməsi üçün "səs" (əs-sə`qətu) qopacaq. Belə isə Cümə günü mənə çox salavat göndərin. Həqiqətən də sizin salavatlarınızın mənə çatdırılır".

Soruşdular: "Ey Allahın Rəsulu! Bizim salavatımız sənə neçə çatdırılacaq, halbuki sənin sümüklərin də çürüyüb (və torpağa qarışıbsan)?"

Peyğəmbər (s) buyurdu: "Allah-Taala peyğəmbərlərin cəsədlərini yerə haram etmişdir – (yəni torpaq onların bədənlərini çürütmür)".

"مِنْ أَفْضَلِ أَيَّامِكُمْ يَوْمُ الْجُمُعَةِ، فِيهِ خُلِقَ آدَمُ، وَفِيهِ قُبِضَ، وَفِيهِ النَّفْخَةُ، وَفِيهِ الصَّعْقَةُ، فَأَكْثِرُوا عَلَيَّ مِنَ الصَّلَاةِ فِيهِ، فَإِنَّ صَلَاتَكُمْ مَعْرُوضَةٌ عَلَيَ‏" فَقَالُوا: يَا رَسُولَ اللَّهِ، وَكَيْفَ تُعْرَضُ عَلَيْكَ صَلَاتُنَا وَقَدْ أَرِمْتَ؟- (يَعْنِي وَقَدْ بَلِيتَ)، قَالَ:"إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ حَرَّمَ عَلَى الْأَرْضِ أَنْ تَأْكُلَ أَجْسَادَ الْأَنْبِيَاءِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ".

Mənbə:

1). Əhli-Sünnə imamı Əhməd ibn Hənbəl (vf. 241 hq), "əl-Müsnəd", c.26, s.84, hədis:16162.

2). Əhli-Sünnə hədis alimi İmam Darimi (vf. 255 hq), "əl-Müsnəd" (əs-Sünən), c.2, s.981, bab:206, Cümə gününün fəziləti babı, hədis: 1613 – (Darul-Müğni çapı, Ərəbistan).

3). İbn Macə Qəzvini (vf. 273 hq), "əs-Sünən", c.2, .291, hədis: 1085 (Beyrut, Darul-Ceyl); c.3, s.141, hədis: 1636 və 1637.

4). Əbu Davud (vf. 275 hq), "əs-Sünən", c.1, s.451, hədis: 1047 və 1531 (Qahirə, Darul-Hədis).

5). Nəsai (vf. 303 hq), "əs-Sünən", c.1, s.519, hədis: 1-1666 – (Beyrut, "Darul-Kutubul-Elmiyyə).

Qeydlər:

1). Qədim əhli-sünnə hədis kitablarının əskəriyyətinin nəql etdiyi bu hədisin sənədi məşhur hədis alimləri Buxari və Müslimin şərtlərinə görə səhihdir. Əhli-Sünnə hədis şərhçiləri də sənədi səhih elan ediblər. Bunun üçün göstərilən mənbələrin şərhlərinə baxa bilərsiniz.

2). Əhmədin "müsnəd"inə (Beyrut, "ər-Risalə", 50 cild) şərh yazanlar "salavat"ın peyğəmbərə (s) çatdırılmasını eyni ilə hansı bir "hədiyyə"nin o həzrətə (s) təqdim edilməsi kimi məna ediblər. Belə ki, bu salavat insanları peyğəmbərə (s) daha yaxın edir. Cümə gününün qeyd edilməsi isə "salavat"ın təkcə Cümə günlərinə aid olması mənasına deyil. Sadəcə fəzilətli əməlin fəzilətli bir gün də daha çox savab qazandırmasına dəlildir. Buna görə də digər günlərdə də peyğəmbərə (s) salavat göndərmək savabdır.

3). Hədisin zahiri mənasından tam ayındlıqla başa düşüldüyü kimi "salavat" göndərmək təkcə peyğəmbərin (s) həyatda olduğu dönəmə aid deyi. Həm də o həzrətə (s) vəfatından sonra da deyilən salavatlar çatdırılır. Bunu səhabələrin sualı da aydınlaşdırır. Əhli-sünnə hədis şərhçiləri də Əhmədin "Müsnəd"inə verilən şərhdə bunu (ölümdən sonra salavatın çatdırılması) təsdiqləyiblər.

4). Hədisdə peyğəmbərlərin (s) ölmədiyi və qəbirdə də insanları eşitdikləri deyilir. Bunu hədis şərhçiləri də "müsnəd"in şərhində təsdiq ediblər. Bu məsələyə İbn Macənin (c.3, s.141, hədis: 1637) nəql etdiyi hədisin sonu daha şəfaf dəlalət edir: " فَنَبِيُّ اللَّهِ حَيٌّ يُرْزَقُ -Allahın peyğəmbəri diridir və ona ruzi verilir".

Mirməhəmməd Bəşir

Məqalədə : salavat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
253

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
289

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
332

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
308

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
350
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru