
Son günlər Türkiyə ətrafında baş verən hadisələrə diqqət yetirdikdə aydın olur ki, nə qədər böyük dövlət olursansa ol, boğazın kiminsə əlindədirsə, sən "Kolbastı" havasına (Türkiyədə xalq rəqsi) deyil, onun çaldığı havaya oynayacaqsan.
Son bir ilin hadisələrinə baxdıqda bunu daha aydın görmək olur.
"Nə baş verir", - deyə hər kəs düşünür. Əslində çox şey, amma həm də heç nəyin baş vermədiyi, hər şeyin plan üzrə yavaş-yavaş işlədiyi görünür.
Türkiyədə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra başladılan FETÖ əməliyyatları çərçivəsində amerikalı keşiş Brunson da saxlanıldı. Digəriləri ilə eyni maddədə ittiham olundu; terror təşkilatı, silahlı qruplaşmaya yardım, filan, falan...
Keşişin tutulmasından dərhal sonra ABŞ hökuməti başda prezident Donal Tramp olmaqla Brunsonun azad edilməsini istədilər. Amma Türkiyə hökuməti də başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla keşişi ancaq və ancaq Fətullah Gülənlə dəyişdirə biləcəklərini açıqladı.
Daha sonra Donald Tramp keşiş məsələsində Ərdoğanı təhdidə başladı və onun axşam saat 6-ya kimi buraxılmasını tələb etdi. Ərdoğan isə avqust ayının ilk günlərində etdiyi çıxışlarının birində, "bura çatladıkapı (İstanbulda yer adı) ölkəsidirmi? Bura Türkiyədir... Neçə ki, bu fəqir bəndə bu vəzifədədir, o terrorçunu ala bilməzsən ", - kimi cavablar verdi.
Ardınca bilirsiniz nələr oldu? Türkiyədə may ayında 3.56 TL olan dollar Ərdoğanın bu çıxışından sonra 6.98-ə qalxdı.
...Və barəsində açılan o qədər cinayət işlərinin olmasına, ən azı 35 il həbs cəzası veriləcəyinin gözlənilməsinə baxmayaraq, keşiş Brunson azadlığa buraxıldı. Tramp da Ərdoğana tvitterdən təşəkkür etdi.
16 oktyabr 2019-cu il tarixi axşamı isə ABŞ-ın CNN telekanalı bir məktub yayımladı. Söhbət Trampın Ərdoğana yazdığı məktubdan gedir. Dünya tarixində bir dövlət başçısının başqa bir dövlət başçısına bu cür açıq təhdid və təhqir dolu məktubu olmayıb. Daha sonra Ağ Ev məktubu təsdiqlədi. Məktubda Ərdoğandan Suriyada keçirilən əməliyyatların dayandırılması tələb edilirdi və "axmaqlıq etməməsi" barədə xəbərdarlıq olunurdu. Türkiyə tərəfi məktubu görməzdən gələ bilməzdi və adı çəkilməyən bir səlahiyyətli mediaya məktubun zibil qabına atıldığını açıqladı.
Hər kəs Ərdoğandan da cavab gözləyirdi. Ərdoğan isə açıqlamasında bildirdi ki, Suriyada "Sülh çeşməsi" adlı əməliyyat terrorçular bitənə qədər davam etdiriləcək.
Amerikanın "SkyNews" telekanalının müxbirinin Trampın məktubundan sonra, "Amerikadan heyət gəlir, narahatsınızmı", - sualına, Ərdoğan, "Xeyr, niyə narahat oluram. Dim-dik ayaq üstəyəm. Mən onlarla görüşməyəcəyəm, onlarla tərəf müqabilləri görüşəcək. Mən prezident Tramp gələrkən görüşəcəm", - deyə cavab vermişdi.
Amma dünən axşam ABŞ prezidentinin müşaviri Mayk Penslə 1 saat 40 dəqiqə bağlı qapı arxasında şəxsi tərcüməçisi deyil, mətbuat katibinin tərcüməçiliyi vasitəsi ilə görüşdü. Sonra isə Türkiyə tərəfi açıqlama verməmiş, Mayk Pens dedi ki, Suriyada Türkiyənin keçirdiyi əməliyyatlar 120 saat müddətinə dayandırılır. Tramp isə bu açıqlamadan sonra keşiş Brunson məsələsində olduğu kimi yenə də Ərdoğana tvitterdən təşəkkür etdi.
Great news out of Turkey. News Conference shortly with @VP and @SecPompeo. Thank you to @RTErdogan. Millions of lives will be saved!
— Donald J. Trump (@realDonaldTrump) October 17, 2019
Görünən odur ki, Ərdoğan hər kəsə, "Eyyy", - deyə xitab etməsinə baxmayaraq, Tramp qarşısında heç kimdir. Tramp istəsə onu təhdid edir, istəsə iqtisadi sanksiyalarla həbsxanadakı terrorçunu azadlığa buraxdırır, istəsə təhqir edib, "dayandırmayacağam", - dediyi əməliyyatlara 5 günlük fasilə verdirir. Kim bilər, bəlkə sabah Abdullah Öcalan da həbsxanadan çıxdı.
Amma ABŞ Türkiyə üzərindən planlarını çox yaxşı qurub və mərhələ-mərhələ həyata keçirir. Türkiyənin PKK ilə mübarizəsinə, İraq Kürdüstanını tanımayacağı açıqlamasına, "PKK-nı himayə edir, bizimlə tərəf müqabili ola bilməz", - deməsinə baxmayaraq, Ərdoğan Kürdüstan rəhbəri, Qəndil dağında PKK-ya yer verən Bərzanini əvvəlcə Diyarbəkirdə, sonra isə Ankarada qəbul etdi. "Abdullah Öcalan terrorçu deyil, sülh və azadlıq mübarizəçisidir. Terrorçu olan Türkiyə dövlətdir", - deyən kür müğənni Şivan Pərvərlə isə Diyarbəkirdə görüşdü, qucaqlaşdı.
ABŞ Kürdüstanın yaradılması üçün İraqda "No fly, no drive zona" planını hazırlamışdı. 1991-ci ildə Ata Corc Buş Körfəz müharibəsi zamanı "kürdləri qorumaq üçün" planın icrasını tapşırdı və nəticədə bu gün büdcəsi 23 milyard dollar olan İraq Kürdüstanı yaradıldı. Bu gün Kürdüstan nefti Türkiyə üzərindən dünyaya çıxarılır.
İndi növbədə Suriyadır. Suriyanın başına açılan bu qədər oyuna səbəb də ABŞ indi icrasına başladığı və Türkiyənin də canla-başla istədiyi "Bufer zona" planıdır. Suriyanı İŞİD xarabazara çevirir, ölkəyə Suriya hökumətinin nəzarəti itir, ABŞ yaranmış fürsətdən istifadə edib orada himayə etdiyi kürdləri silahlandırır. Hər şey tamamlandıqda isə məlum olur ki, dünyanın hər yerindən, o cümlədən Azərbaycandan da Türkiyə vasitəsi ilə Suriya torpaqlarına rahat şəkildə hərəkət edən İŞİD terrorçuları ABŞ-ın Suriya Kürdüstanının yaradılması üçün çalışırmış. İndi təklif budur: Türkiyənin təhlükəsizliyinə təhdid gördüyü YPG qüvvələri sərhəddən 30 km cənuba doğru çəkiləcək. ABŞ danışıb, zəmanət verib. Vəssalam. Ərdoğanın dediyinin əksinə olaraq terrorçular bitmədi, əməliyyatlar isə dayandırıldı. Bundan sonra yenidən başlasa belə, müvəqqəti xarakter daşıyacaq. ABŞ YPG-yə Ərdoğanın özünün dediynə inansaq, 36 min TIR silah-sursat verib. Bu silahlar onlara oynatmaq üçün deyil, quracaqları dövləti müdafiə üçün verilib. Bəli, Suriyanın şimalında ABŞ-ın dəstək verdiyi və İraq Kürdüstanına bənzər bir bölgə yaradılacaq.
Növbədə nə var?
Növbədə Türkiyənin cənubu və şərqi, İranın qərbi var. Kürdlərin yaşadığı bölgələr. Böyük Kürdüstanın yaradılması üçün ABŞ-ın bu iki ölkədə hansı oyunlar oynayacağını izləmək lazımdır.
Aqil Mehdi

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 03-06-2020 17:09 Əbülfəs Qarayevin topdağıtmaz biznesi - SİYAHI
- 01-06-2020 10:32 İsrail bölgədə antisemit siyasətini davam etdirir
- 18-05-2020 13:11 Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır
- 31-01-2020 15:13 Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar
- 29-01-2020 11:17 Dünyanın gözü qarşısında bir dövlət məhv edilir
- 25-01-2020 14:20 Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi