Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2019
14:14
Təhsil nazirinin müavini müəllimlərə və məktəb direktorlarına xəbərdarlıq edib

"Müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük".

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər.

O qeyd edib ki, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır: "Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib daha yaxşı nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

Bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizinin məktəbəhazırlıq təhsilinə cəlb olunduğunu xatırladan M.Vəliyeva bildirib ki, bu kifayət qədər yaxşı göstəricidir: "Hər bir məktəbəhazırlıq qruplarına gedən uşağın onun gələcək məzunu olacağını nəzərə alaraq 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir. Bu uşaqlara kimlər dərs deyəcək, onlarla fəaliyyətdə hansı prioritetlər əsas olacaq, məktəb valideyni necə maarifləndirəcək kimi sualların cavabını müəllim verə bilməz. Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır. Məktəbəhazırlıq təhsilinin vacibliyini bu qədər qeyd etdiyimiz üçün yaxşı olardı ki, Bakı məktəblərinin heç olmasa bir neçəsi özünün bu qabaqcıl təcrübəsini ortaya qoyardı".(Report)

Məqalədə : Təhsil naziri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
90

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
365

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
2106
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 16:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru