Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2019
12:36
Pompeonun sabiq müşaviri Trampa qarşı çıxış edəcək

ABŞ dövlət katibi Maykl Pompeonun keçmiş böyük müşaviri Maykl Makkinli Trampa qarşı impiçment əməliyyatının başlanması ilə əlaqədar olaraq ABŞ Nümayəndələr Palatasının qarşısına çıxmağa könüllü olaraq razılıq verib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Reuters məlumat yayıb.

Qeyd edək ki, şənbə günü The Washington Post, Dövlət Departamentində artan narazılığın fonunda Makkinlinin istefa etməsi ilə bağlı bir iddia irəli sürmüşdü.

İddiaya görə, buna səbəb Pompeonun "Ukrayna ətrafındakı qalmaqalla əlaqəli işçilərə dəstək ola bilməməsi" olub. Ancaq daha sonra Dövlət Departamentinin rəhbəri Makkinlinin istefası ilə impiçment proseduru fonunda vəziyyət arasındakı əlaqəni təkzib edib.

Xatırladaq ki, iyulda Trampın Zelenski ilə telefon danışığı ətrafında yaranan qalmaqal Amerika liderinə qarşı impiçmentin başlanılmasına səbəb oldu. ABŞ prezidentinin siyasi əleyhdarlarına görə, Tramp çağırış zamanı Zelenskini, ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin oğlu Hunter Baydenin Kiyevə maliyyə və hərbi yardım verməsi müqabilində Ukraynadakı fəaliyyətləri ilə əlaqədar istintaq başlatmasına inandırmağa çalışıb.

Ağ Ev ABŞ və Ukrayna liderləri arasındakı iyul söhbətinin stenoqramını təqdim etdi. Lakin burda Trampın Hunter Baydenlə əlaqəli Zelenskiyə heç nə demədiyi aydın olub. Baş Prokuror da telefon danışığının məzmununda milli qanun pozuntuları müəyyən etmədi və əlavə araşdırma üçün heç bir əsas tapmadı.

Məqalədə : Tramp impiçment 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
95

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
365

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
2202
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 16:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru