
Boks şokedici bir idman növü olmasına baxmayaraq, müasir dünyada darıxdırıcı hala gəlib. Çünki indi nəyin bahasına olursa-olsun xalq qazanmaq, qalib gəlmək istəyirlər. Bunun üçün də rinq boyu ora-bura qaçırlar. Üstəlik, zərbəyə qoyulan qüvvənin əhəmiyyəti yoxdur, onsuz da xal hesabına qalib gələ bilərsiniz.
Müasir döyüşlər baxımlığını itirib, çünki doğuşdan yalnız bir neçə nəfərə ağır zərbə verilir. Buna görə də Floyd Meyveyzer, Menni Pakyao, Qonzalez və s. kimi müasir boksçuların döyüşləri, köhnə məktəbin döyüşçülərindən - Məhəmməd Əli, Tayson, Forman, Patterson - daha az möhtəşəmdir.
Adi bir insanın zərbə gücü 100-200 kq-dır. Alimlər iddia edir ki, düzgün endirilmiş 20 kq-lıq güc nokautla nəticələnə bilər. Bəs bu zərbə boksçularda necədir, hansı boksçunun zərbəsi daha güclüdür?
FaktXəbər olaraq ən güclü 7 boksçunu təqdim edirik:
7. Lennoks Luis. Ləqəb - Leo (Aslan).
Ləqəbini saç düzümünə (Aslanın saçı kimi çiyninə tökülüb) və dönməz xarakterinə görə alıb.
Lennoks Luisin öz çəksi 115 kq, zərbə gücü 1000 kq olub.
Müqayisə üçün qeyd edək ki, 1 ton təsir qüvvəsi təxminən 60 km/saat sürətlə hərəkət edən avtomobil ilə toqquşmada yaranan qüvvəyə bərabərdir.
Luisin özü uşaqlıqdan nəhəng ölçüdə olub. Onun çəkisi anadan olanda 4,8 kq imiş. Buna görə də həkimi ona bu ölçülərinə görə Misir tanrısı olan Lennoksun adını verib.
6. Co Freyzer. Ləqəb - Tüstülənən Co.
Bu ləqəbi ona rəqiblərinə vurduğu güclü zərbəyə görə veriblər. Belə ki, o elə zərbə endirirmiş ki, rəqibləri ətrafı bulanıq, daha doğrusu tüstü içərisindəymiş kimi görürmüş.
Freyzerin öz çəkisi 104 kq, zərbəsinin gücü isə 1050 kq olub. Məhz bu zərbədən sonra məğlubedilməz olan Məhəmməd Əli ilk dəfə yıxılıb.
Co Freyzer rəqiblərindən boyca balaca imiş 182 sm, lakin sol tərəfinin gücü çox böyük olub. Onun əli 2 amil sayəsində güclü olub:
1) Uşaq ikən fermada bir donuz ona hücum edib və sol qolunu sındırıb. Buna görə qol yanlış bucaqda inkişaf edib. Məhz bu bucaq onun əlinə mümkün olan maksimal təsir gücünü verib.
2) Qolu sındığı üçün sümükləri 20-30% daha güclü olub. Bunun sayəsində əli böyük bir yükə tab gətirə bilib.
5. Devid Tua. Ləqəb - Terminator.
Devidin öz çəkisi 111 kq, zərbəsinin gücü 1080 kq olub.
Devid Tua da Freyzer kimi boyca rəqiblərindən alçaq imiş - 177 sm, lakin bu, rəqiblərini məğlub etməyə mane olmayıb. Onun 52 qələbəsindən 43-ü nokautla bitib.
4. Məhəmməd Əli. Ləqəb - Ən böyük.
Zərbə qüvvəsi 1100 kq olan Əlinin öz çəkisi 107 kq imiş. Məhəmməd Əli bütün dövrlərin ən məşhur boksçusu sayılır, buna görə də onun fenomenal zərbə gücü barədə çox danışırlar. Fakt budur ki, Əli zərbə qüvvəsini çox sürətli əlləri sayəsində qazanıb. Əli haqlı olaraq tarixin ən sürətli ağırçəkili boksçusu hesab olunur.
Videoya baxdıqdan sonra məlum olur ki, Əli 3-4 saniyədə 10-dan çox zərbə vurmağa qadirdir. Bildiyimiz kimi güc birbaşa kütlə və sürətdən asılıdır. Buna görə də Əlinin təsir qüvvəsi o qədər yüksəkdir.
3. Mayk Tayson. Ləqəb - Dəmir.
Mayk Tyson ləqəbini sərt və aqressiv döyüş tərzinə, həmçinin çox ağır nokaut zərbəsi olduğu üçün alıb, .
Taysonun öz çəkis 109 kq, zərbəsinin gücü isə 1150 kq olub.
Uşaqlıqdan Tayson o qədər güclü olub ki, 13 yaşında sinəsi üstə 100 kq-lıq ştanqı qaldırırmış. Tayson: "Ən güclü zərbəmi həyat yoldaşım Robinə vurmuşam. Ondan sonra 8 metr uçaraq divara dəyib."
Taysonun yumruq gücü onun kəfkir üslubuna əsaslanır. Belə ki, yelləncəkdə ideal bucaq müəyyənləşdirir və bu amplituda mükəmməl zərbə yaradır.
Tayson üçqat nokdauna göndərmək rekorduna sahibdir var.
2. Corc Forman. Ləqəb - Böyük Corc.
Foremanın öz çəkisi 118 kq, zərbə gücü 1200 kq-dır.
Ümumdünya Boks Şurası Formanın ən güclü zərbəyə malik ağırçəkili atlet olduğuna qərar verib.
Forman demək olar ki, hər vuruşda Freyzeri nokauta göndərirmiş. Döyüşün çox hissəsini Freyzer rinqin döşəməsində keçirirmiş.
1. Erni Şeyvers. Ləqəb - Əsrin çəkici və Qara dağıdıcı.
Ləqəbini tarixdəki ən ağır zərbəyə malik olduğu üçün alıb.
Sarsıdıcı zərbə qüvvəsi 1250 kq olub. Onun öz çəkisi isə 96 kq imiş.
Onun ağır zərbəsi barədə Məhəmməd Əli belə etiraf edir: "Heç kim məni bu qədər ağır döyməyib".
Ən maraqlısı isə odur ki, Yer kürəsində ən ağır zərbə vuran Şeyvers heç vaxt dünya çempionu ola bilməyib, çünki çox zəif texnikaya və dözümlülüyə sahib idi. Karyerasının zirvəsi Nevada ştatının çempion titulu hesab olunur.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
- 17-06-2020 12:55 Messi karyerasının 699-cu qolunu vurub
- 05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
- 01-06-2020 14:28 "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- 01-06-2020 13:42 İngilis boksçu Taysonun rinqə qayıtmasından narahatdır
- 28-05-2020 14:45 "Real Madrid" lider olsaydı, sezonu bitirərdilər
- 25-05-2020 09:00 La Liqanın bərpa vaxtı açıqlandı
- 22-05-2020 17:29 İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
- 22-05-2020 15:40 AFFA aşağı liqalarla bağlı qərar verdi
- 22-05-2020 10:27 Mediya İspaniya futbol çempionatının bərpa tarixini açıqladı
- 18-05-2020 16:50 Millimizin sabiq futbolçusu: "Evlər tikib satırıq, kirayə veririk"
- 18-05-2020 12:28 İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir
- 14-03-2020 13:51 "Neftçi" fəaliyyətini dayandırdı
- 13-03-2020 14:15 Çempionlar Liqası və Avropa Liqası dayan dırıldı - RƏSMİ
- 13-03-2020 10:53 Braziliyalı futbolçular 8 qırmızı kart aldılar, ancaq qol vurmadılar - VİDEO
- 13-03-2020 10:03 "Formula-1"də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
- 12-03-2020 10:48 "İnter" klubu fəaliyyətini müvəqqəti dayandırıb
- 12-03-2020 10:00 PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
- 11-03-2020 09:47 "Liverpul" və PSJ çətin sınaq qarşısında
- 11-03-2020 09:24 7 qollu oyunda “Atalanta” 1/4 finalına yüksəlib
- 10-03-2020 17:15 İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək
- 10-03-2020 10:45 Dünyca məşhur boksçu "Nyukasl" futbol klubunu almaq istəyir
- 09-03-2020 13:21 Zidan: "Real" qələbə qazanmağa layiq deyildi və mövsümün ən pis oyununu keçirdi
- 06-03-2020 14:26 Teymur Rəcəbov bəyanat yaydı
- 06-03-2020 12:08 Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik