Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
09:21
Alimlərdən D vitamini çatışmayanlara xəbərdarlıq

D vitamin defisiti hazırda Azərbaycanda qlobal səviyyədə problemə çevrilib. Alimlər vaxtında bu çatışmazlıqla mübarizə aparmağa səsləyir.

D vitamin əskikliyi ilə vaxtından əvvəl erkən ölüm riski arasında əlaqənin araşdırılması mövzusunda nəhəng elmi tədqiqat başa çatıb. Alimlər Avropa Diabet Assosiasiyasının konqresində nəticələri məruzə ediblər. 

Avstriya alimlər qrupu tədqiqatda 78 min qadın və kişinin tibbi məlumatlarını təhlil edib. Bu insanlar 1991-2011 illər arasında 3-4 dəfə D vitamini analizi veriblər.

Nəticələr göstərib ki, kimdə ki, bu vitamin 6-10 nmol/l və daha az idi, onlar digərlərindən daha tez vəfat etmişdilər.

Xüsusən erkən ölüm onları 45-60 yaş arasında haqlamışdı.

35-90 nmol və daha yüksək miqdarda D vitamini olanlarda isə erkən ölüm riski 40% azalıb. 75 yaşdan sonra vəfat edənlərin ölümü ilə  D vitamini arasında heç bir əlaqə tapılmayıb.

D vitamini əskikliyi ürək-damar və diabet xəstələrinin ömrünü azaldır. D vitamini 20-40 arasında olan diabet xəstələri 50-65 yaş arası dövrdə daha çox faizlə ölürlər.

Bu nəticələr göstərib ki, D vitamini əhalinin sağlamlıq və erkən ölümlə mübarizə üçün vacibdir. Qanda D vitamin miqdarı norması 40-80 arasıdır. Amma hazırda istər uşaqlar, istər böyüklrədə çox insanda bu rəqəmlər ən aşağı həddə - 14- 35 arasında çıxır. Bu isə insanların ömrünün kəskin azalması deməkdir./medicina.az

Məqalədə : Vitamin D 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kanada 10 saata 2 metr qar yağıb - FOTO

21

Yanvar
12:15
DÜNYA
105

Şadlıq evində tavan uçdu, ölən var

21

Yanvar
12:00
HÜQUQ,HADİSƏ
218

Yaponiya 6G-yə keçir

21

Yanvar
11:41
DÜNYA
174

“Azərsu” 435 min manatlıq lyuk alır

21

Yanvar
11:40
ÖLKƏ
166

İtaliyada 90 ev cəmi 1 avroya satılır

21

Yanvar
11:08
DÜNYA
193

Bakıda qızlar əcnəbiləri qarət edib

21

Yanvar
11:08
HÜQUQ,HADİSƏ
218

Rusiyadan Azərbaycanlılar deportasiya olundu

21

Yanvar
11:01
HÜQUQ,HADİSƏ
173

Bu qəsəbədə işıq olmayacaq

21

Yanvar
10:54
ÖLKƏ
237

Atəşkəs rejimi 22 dəfə pozulub

21

Yanvar
09:27
HƏRB
282

Neft yenidən ucuzlaşıb

21

Yanvar
09:18
İQTİSADİYYAT
278

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
354
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 12:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru