Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2019
20:37
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi oldular - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Təcrübəli gülçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl 2-ci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb. Sentyabrın 22-də ötən il finalda qarşılaşdığı Kayl Daykla üz-üzə gələn Cəbrayıl amerikalı rəqibinə məğlub olaraq növbəti dəfə gümüş medal qazanıb.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Yarımfinalda olimpiya və 2 qat dünya çempionu Kayl Snayderdən güclü olan Şərif sentyabrın 22-də olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olmuş Abdulrəşid Sadullayevlə qarşılaşıb və həlledici görüşdə uduzaraq gümüş medalı boynundan asıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
135

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
147

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
280

Bakıda quşçuluq ferması yanıb

05

İyun
09:00
HÜQUQ,HADİSƏ
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 14:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru