Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
15:38
SOCAR 400 şam ağacı əkdi

Bu gün Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tullantıların İdarə Edilməsi Mərkəzində (TİEM) SOCAR, BP və BMT-nin İnkişaf Proqramının yeni birgə layihəsinə start verilib.

Bu barədə Faktxeber.com-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, layihəyə əsasən, uzun illərdir sənaye zonası olan, neft sənaye mərkəzi kimi formalaşmış ərazinin ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 25 hektar ərazidə yeni meşə massivi salınacaq. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və layihə rəhbəri Rəfiqə Hüseynzadə iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq ərazidə yerləşən Tulantıların İdarə Edilməsi Mərkəzinin işi ilə tanış olublar. Mərkəz barədə qonaqlara ətraflı məlumat verən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qeyd edib ki, TİEM MDB və Xəzər regionunda neft sənayesində formalaşan istehsalat tullantılarının emalı və idarə edilməsi üzrə ilk və yeganə mərkəzdir. 2016-cı ildə TİEM yenidən qurulduqdan sonra burada qazma şlamlarının emalına başlanılıb.

Bildirilib ki, hazırda 150 nəfər əməkdaşı olan mərkəzin illik istehsalat gücü 100 min tondur. Emaldan sonra qazma şlamının tərkibində olan qiymətli kimyəvi reagent yüksək keyfiyyətdə bərpa olunaraq təkrar qazma prosesində istifadə edilir. Həmçinin ərazidə quraşdırılmış su təmizləyici qurğular vasitəsi ilə mərkəzdə formalaşan istehsalat suları texniki su səviyyəsinədək təmizlənərək salınacaq yaşıllıqların suvarılmasında istifadə olunacaq. Qonaqlara yeni meşə massivinin layihəsi haqqında məlumat verilib.

Sonda ərazidə tədbir iştirakçıları tərəfindən 400 eldar şamı əkilib. Ümumilikdə, SOCAR, BP və BMT İP-nin dəstəyi ilə TİEM ətrafında 30 min ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulur.

Məqalədə : Şam ağacı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
273

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
249

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
276

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
262

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
392

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
356

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
561
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 05:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru