Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
11:29
Metroda yaranmış problemlə bağlı RƏSMİ açıqlama

"Bakı Metropoliteni" yeni tədris ilinin başlanması ilə bağlı əhaliyə müraciət edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, yeni dərs ili ilə əlaqədar metro stansiyalarında sərnişinlərin sayı artıb: "Sentyabrın 16-da metro stansiyaları ilə 800 min nəfər sərnişin daşınıb. Bu da yeni tədris ilinin başlanması ilə əlaqədardır. Pik saatlarda stansiyalarda sıxlıq yarandığı üçün qatarlar arasında interval azaldılıb, sərnişinlərin təhlükəsiz daşınması üçün lazım olan bütün tədbirlər görülüb. Lakin bu işdə sərnişinlər də ehtiyatlı olmalıdırlar. Pik saatlarda qatarların qapılarına müdaxilələr olmamalıdır. Bu cür xoşagəlməz hallar metronun işində problemlər yaradır, qatarların intervalında gecikmələrə səbəb olur. Nəticədə qatarların ümumi hərəkət qrafikində ləngimələr olur".

Xatırladaq ki, "Bakı Metropoliteni" bu il sentyabrın 14-dən qış rejiminə keçib. Yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların hərəkət qrafikində interval 5-7 dəqiqədən 2-3 dəqiqəyə endirilib.

Məqalədə : Metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43403

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41683

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43336

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42787

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48310

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42863

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43279
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 23:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru