Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2019
12:35
Xiaomi” dünyada ən sürətli simsiz enerji doldurma qurğusu təqdim edib

“Xiaomi” şirkəti dünyada gücü 30 vattadək olan ən sürətli simsiz enerji doldurma texnologiyasını təqdim edib. İstehsalçı əmin edir ki, “Mi Charge Turbo” texnologiyası ilə smartfonlar 27 vattlıq kabellə müqayisədə daha sürətli enerji toplayır. Məsələn, 4000 milliamper/saat tutumlu akkumulyatoru 25 dəqiqə ərzində 50%-dək, 69 dəqiqə ərzində isə 100%-dək enerji ilə doldurmaq mümkündür.

Bundan başqa, “Mi Charge Turbo” texnologiyası sürətli reversiv simsiz enerji doldurma texnologiyasını dəstəkləyir: “ağıllı” saat, qulaqlıq, məsələn, ikinci nəsil “AirPods”u və hətta başqa smartfonları enerji ilə doldurmağa imkan verir.

“Mi Charge Turbo” texnologiyası ilə təchiz ediləcək ilk smartfon “Xiaomi Mi 9 Pro 5G” olacaq. Bu haqda “Facebook”da şirkətin vitse-prezidenti yazıb.

Məqalədə : Mi Charge Turbo 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru