Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
13:10
Həzrət Əbülfəzl Abbas su gətirməyə tək getməyib

Tasua günü ənənəyə görə natiqlər və növhəxanlar Əbülfəzl Abbasın şəhidliyinə dair rövzə oxuyurlar. Dəlillərin məcmusundan belə nəticə hasil olur ki, altı aylıq körpədən, yaxud 11 yaşlı uşaqdan başqa döyüşçü kişilər arasında Əbülfəzl Abbas İmam Hüseyndən qabaq şəhidliyə qovuşan sonuncü şəxsdir. Bu şəhidliyin özü də böyük bir iş yolunda - yəni Əbu Abdullah Hüseynin (ə) çadırlarındakı susuzlara su gətirmək üçündür.

İmamlardan Əbülfəzl Abbas haqqında nəql olunan ziyarətnamə və sözlərdə iki cümlə üzərində təkid göstərilmişdir: biri agahlıq, biri isə vəfadarlıq. Əbülfəzl Abbasın agahlığı haradadır? İmam Hüseynin (ə) dostlarının hamısı agah şəxslər idilər, lakin o daha artıq agahlıq göstərdi. Tasua günü onun bu bəladan qurtulması üçün bir imkan yarandı. Gəlib ona təklif etdilər ki, təslim olsun; amannamə verib dedilər ki, biz sənə toxunmayacağıq. O elə mərdliklə rəftar etdi ki, düşmən peşman oldu. Dedi ki, mən Hüseyndən (ə) ayrılım?! Vay olsun sizə! Rədd olun siz də, sizin amannaməniz də. Onlar bir anadan olan dörd qardaş idilər. Əbülfəzl Abbas böyük qardaş idi. Digərləri isə Cəfər, Abdullah və Osman idi. Onun agahlığının ikinci nümunəsi budur ki, hər üç qardaşını öz gözüqarşısında Hüseyn ibn Əliyə (ə) qurban etdi, Mədinədə olan dağlı anasını da düşünmədi. Bu, sözügedən agahlıqdır. Həzrət Əbülfəzl Abbasın vəfalılığı da hər yerdən artıq Fərata enməsi, lakin su içməməsi məsələsidir.

Əlbəttə, bütün ağızlarda məşhurdur ki, İmam Hüseyn (ə) Həzrət Əbülfəzli su gətirməyə göndərdi. Lakin mötəbər tarixlərdə - misal üçün, Şeyx Müfidin "əl-İrşad" və Seyid ibn Tavusun "Lühuf" kitablarında hadisələr bir qədər fərqlidir və bəlkə də hadisənin əhəmiyyətini daha da artırır. Bu mötəbər kitablarda nəql olunub ki, həmin son anlarda və son saatda bu uşaq və körpələrə, kiçik qızlara və xanımlara susuzluq elə təsir göstərmişdi ki, İmam Hüseynin özü Əbülfəzl ilə birgə su gətirməyə getdi. Əbülfəzl yalqız getmədi, İmam Hüseynin (ə) özü də onunla hərəkət etdi. Su gətirmək üçün Fəratın həmin yerdən keçən qoluna sarı getdilər. Bu iki qorxmaz və güclü qardaş arxa-arxaya dayanıb meydanda vuruşdular. Biri altmış yaşına yaxın, lakin qüvvə və şücaət baxımından bənzərsiz qəhrəmanlardan olan İmam Hüseyndir. Digəri də otuzdan artıq yaşı və hamının bildiyi xüsusiyyətlərə malik olan gənc qardaşı Əbülfəzl Abbasdır. Bu iki qardaş çiyin-çiyinə, bəzən arxa-arxaya düşmən dəryasının ortasında qoşunun sıralarını yarırlar, özlərini Fərata çatdırıb su gətirmək istəyirlər. Bu ağır döyüş əsnasında birdən İmam Hüseyn (ə) hiss edir ki, düşmən onunla qardaşı Abbası bir-birindən uzaqlaşdırıb. Həmin qarışıqlıqda Əbülfəzl suya yaxınlaşır, özünü suya vurur. Nəql olunduğu kimi, o, su tuluğunu doldurub çadırlara aparmaq istəyir. Burada hər bir insan özünün susuz dodaqlarına bir ovuc su vurmağı öz haqqı bilər. Lakin o öz vəfadarlığını göstərir. Əbülfəzl Abbas suyu götürdükdə, gözü suya düşdükdə İmam Hüseynin susuz dodaqlarını xatırlayır. Bəlkə də qız və uşaqların su fəryadlarını, Əli Əsğərin sudan ağlamasını xatırlayır və suyu içməyə ürəyi gəlmir. O, bayıra çıxarkən həmin hadisələr baş verir və İmam Hüseyn (ə) birdən qoşunun ortasında fəryad ucaldan qardaşının səsini eşidir: “Ey qardaş, qardaşına yardım et!”

Məqalədə : Məhərrəmlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
222

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
724

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
280

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
337

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
378

Sabahın hava proqnozu açıqlanıb

10

Dekabr
13:04
ÖLKƏ
510
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 22:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru