Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
15:43
Balinalar öz köç yolları barədə mahnılarla məlumat verirlər-VİDEO

Köç edən qozbel balinaların mahnıları alimlərə onların səyahət yolları barədə məlumat verə bilər. Məsələ burasındadır ki, miqrasiya vaxtı  heyvanlar nəinki mahnı oxuyur, həm də qarşıdakı heyvanların repertuarlarını öyrənirlər. Tədqiqatçılar müəyyən bir bölgəyə xas olan melodiyalardan istifadə edərək balinanın yolunu müəyyənləşdirə biliblər. FaktXeber.com-un məlumatına görə, nəticələr Royal Society Open Science jurnalında dərc olunub.

Balinakimilər daim təkrarlanan melodik səslər çıxarırlar, hansı ki, elm adamları bunları mahnı adlandırır. Bu melodiyalar bir neçə saatdan bir neçə günə qədər davam edə bilərlər. Bioloqlar heyvanların bu mahnılardan həm də gündəlik ünsiyyətdə istifadə etdiklərini düşünür.

Fərqli balina populyasiyaları fərqli mahnılar ifa edirlər. Balinaların eynilə insanlarda olduğu kimi hətta bir-birlərinin repertuarlarını kopyalaya biləcəyi məlum olub.

Həmçinin alimlər araşdırıblar ki, balinaların mahnılarını müqayisə edərək, onların haradan gəldiklərini və miqrasiya yollarının tam olaraq hardan keçdiyini öyrənmək mümkündür.

Məqalədə : balina 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
140

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
120

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru