Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

03 Sentyabr

2019
16:20
842
Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA

Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edib, qarşılığında isə onlara heç bir problem olmadığını bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova iddiaların həqiqətə uyğun olmadığını deyib:

"Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir, daha dayanıqlı internet şəbəkəsinin qurulması üzrə işlər həyata keçirilir.

Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülür və  aradan qaldırılır".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə açıqlamasında bu məsələyə iki aspektdən yanaşmağın zəruriliyini qeyd edib:

"İnterneti iki üsulla əldə etmək mümkündür - telefon xətti və ya optik yolla. Korlanmış telefon xətti internetin sürətinə kifayət qədər təsir göstərə bilər. Yox, əgər optik üsuldan istifadə edirsinizsə, o zaman internetin sürətinin zəifliyi 100 faiz provayderlərdən asılıdır".(oxu.az)

Məqalədə : internetin sürəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
53

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
245

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
96

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
58

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
63

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
92
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 00:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru