Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

30 Avqust

2019
14:53
1121
Qabil Hüseynli: `Övladları Rəşadın şəhid olmasını hələ də bilmirlər`

"Rəşad Atakişiyevin övladları ataları barədə həqiqəti hələ də bilmirlər. Onun həlak olması uşaqlardan gizli saxlanılır" 

Faktxeber.com məlumat verir ki, bunu azvision.az -a açıqlamasında MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, pilotun 7 yaşlı oğlu ara-sıra suallar verərək atasının harada olmasını soruşur. Sanki atasının həyatda olmamasını hiss edir:

"Hər dəfə atasını, onun harada olduğunu soruşur, onunla görüntülü danışmağı tələb edir. Balaca övladı da tez-tez atasını soruşur. Həqiqətləri onlara deyə bilməmişik. Böyük oğlan internetdə saytlara baxır, axtarış etmək istəyir. Bu anda anası onu uzaqlaşdırır. Onlar üçün çox çətindir”.

Q.Hüseynli bir müddət sonra böyük uşağa atasının həlak olması barədə məlumat veriləcəyini deyib: "Çox güman ki, psixoloqa da aparılacaq. Bəlkə psixoloq yaxşı məsləhətlər verdi və ona əməl etdik. Pilotun yoxluğu getdikcə daha çox hiss olunur. İlk vaxtlar yoldaşı bu qədər əzab çəkmirdi, indi daha çox onu xatırlayır”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb. 

Məqalədə : rəşad atakişiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
53

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
242

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
96

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
58

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
63

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 00:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru