
“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72% -dən 0.85%-ə qədər artıb.
FaktXəbər-in məlumatına görə, aprel-iyun aylarında bu istiqamətdə MDB ölkələri arasında ən aktiv “WannaCry” ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib. Bu troyana qarşı “patch” 2017-ci ildə, yəni, bu epidemiyanın yaranmasından iki ay əvvəl buraxılsa da, “WannaCry” hələ də ciddi təhlükə yaradır. MDB ölkələri arasında ikinci yerdə “GandCrab” qərarlaşıb. Liderlərin üçlüyünü “Shade” proqramı tamamlayır. Hücumların 11% bu şifrələnmə proqramı ilə həyata keçirilir.
Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.
“İyun ayının əvvəlində, son il yarımın ən çox yayılmış zərərli proqramlardan biri olan “GandCrab”ın müəllifləri fəaliyyətlərini dayandırdıqlarını elan etsələr də, ikinci rübdə şifrələnmə proqramları ilə hücumların artdığını müşahidə etdik. “GandCrab” proqramı şifrələnmənin nə qədər səmərəli ola biləcəyini nümayiş etdirdi. Yayılmış bəzi məlumatlara görə, onun yaradıcıları kifayət qədər “qazandıqları” üçün fəaliyyətlərini dayandırdılar. Biz güman edirik ki, “GandCrab”ı əvəzləyəcək digər zərərli proqramlar hərəkətə keçəcək. İstifadəçilərə xatırladırıq ki, cihazlardakı proqram təminatını mütəmadi yeniləmək və etibarlı qoruyucu həll istifadə etmək lazımdır”, - bunu “Kaspersky Lab” şirkətinin baş antivirus mütəxəssisi Fyodor Siniçın deyib.
Şifrələmə proqramı ilə cihazın yoluxma riskini azaltmaq üçün “Kaspersky Lab” bunları tövsiyə edir:
- • əməliyyat sistemini mütəmadi olaraq yeniləyin və “patch”-ları vaxtında quraşdırın;
- • etibarlı qoruyucu həllər istifadə edin;
- • faylların şifrələndiyi halda heç vaxt ödəniş etməyin, çünki bu sənədlərə girişin geri qaytarılmasını təmin etmir. Mütəxəssislərə müraciət edin və ya şifrələmə açarını https://noransom.kaspersky.ru/ saytından tapmağa çalışın.
- • Hər zaman faylların nüsxəsini çıxarıb ayrıca saxlayın.
2019-cu ilin ikinci rübü üzrə informasiya təhdidlərinin inkişafı barədə məlumatları linkə daxil olaraq əldə edə bilərsiniz: https://securelist.ru/it-threat-evolution-q2-2019-statistics/94476/.

İlham Əliyev “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO
19
Aprel- 17-06-2020 15:03 "Windows" yeniləməsi "Google Chrome" üçün problem yaradıb
- 12-06-2020 14:45 Çin dünyanın ən uzun üfüqi göydələnini açıb - FOTO
- 08-06-2020 13:40 Gürzə və qırxayağın ölüm-dirim mübarizəsi - VİDEO
- 02-06-2020 12:59 Bloqer ani yumurtasoyma üsulu göstərdi, sosial şəbəkədə trend oldu - VIDEO
- 01-06-2020 17:10 Tvitterdə "Samsung"u "öldürən" fotoşəkil paylaşılıb
- 17-02-2020 16:53 ABŞ-da itirdi, 47 il sonra Finlandiyada tapdı - FOTO
- 17-02-2020 16:24 Daxili Monqolustan sakinləri səmada beş Günəş görüb - VİDEO
- 17-02-2020 13:39 8 yaşında qocalıqdan öldü
- 14-02-2020 10:39 Antarktidadakı Seymur adasında yeni istilik rekordu qeydə alınıb
- 11-02-2020 16:44 "Nokia" şirkəti "N9" smartfonunun yeni versiyasını təqdim edə bilər
- 10-02-2020 17:17 "Samsung" öz smartfonlarından təhlükəli proqramı silib
- 10-02-2020 16:27 Yüksək səslə musqiyə qulaq asan ağsaqqal həbsxanaya düşdü
- 10-02-2020 10:07 "Oskar-2020"ni kim nəyə görə aldı? - SİYAHI
- 06-02-2020 10:13 "Google Play"də 24 təhlükəli proqram aşkar edilib
- 04-02-2020 15:31 Koronavirusa görə "Xiaomi" smartfonlarının təqdimatı ləğv edilib
- 03-02-2020 14:14 "Google"un tərcümə xidməti jest dilini öyrənib
- 24-01-2020 16:28 "Twitter"də mesajlara reaksiya bildirmək imkanı əlçatan olub
- 24-01-2020 13:08 Osloda ən məşhur ad "Məhəmməd"dir
- 23-01-2020 16:55 Xilasediciləri gözləmədən yanan maşını xilas etdi - VİDEO
- 23-01-2020 13:49 "Xiaomi Mi10" smartfonunun təqdimat tarixi məlum olub
- 22-01-2020 15:53 Saniyədə trilyon kadr çəkən çox sürətli kamera təqdim olunub
- 22-01-2020 15:37 "Pakistanlı Halk" ən azı 100 kiloqramlıq həyat yoldaşı axtarır
- 21-01-2020 13:53 Dünyada ən çox mesaj göndərilən tətbiq açıqlandı
- 18-01-2020 11:13 Dinozavrların yeganə ölüm səbəbi açıqlanıb
- 16-01-2020 18:45 Smartfonda batareyanın şarjını azaldan proqramlar məlum olub