Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
15:59
1055
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət Yol Polisi havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən FaktXəbər-ə daxil olan müraciətdə bildirilir ki, avqust ayının 26-dək ölkə ərazisində havaların isti keçəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq DYP sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələri ilə, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmamalarını xahiş edir. 

Vacib hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, soyuducu sistemi olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti yarandığı halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur.

Eyni zamanda sürücülərimiz yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməsinlər. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobili saxlayıb istirahət etmək tövsiyə olunur. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər. 

Məqalədə : yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
50

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
74

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
147

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
168

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
180
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru