
Rusiyanın avqustun 8-də Nyonoksda baş verən nüvə qəzasını gizlətmə cəhdləri barədə dəlillər günü-gündən artır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə BusinessInsider xəbər verib.
Bildirilir ki, Kreml ölümcül partlayışın səbəbini açıqlamaqdan imtina edib. Lakin yaralı pasientləri müalicə edən həkimlərə radiasiya şüalanması barədə xəbər verilməyib, xəstəxana sənədləri isə müsadirə olunaraq, məhv edilib (The Moscow Times).
Məlumata görə, poliqon yaxınlığında olan 4 nüvə monitorinq stansiyası qəzadan sonra sirli şəkildə sönüb. Ekspertlər bunu çox qəribə təsadüf adlandırırlar (CNN).
Qərbli ekspertlər və kəşfiyatçılar hesab edirlər ki, Nyonoks partlayışı «Qiyamət günü silahı» adını alan 9M730 «Burevestnik» atom qanadlı raketinin (Hansı ki, NATO da SSC-X-9 Skyfall adlandırır) uğursuz sınağı nəticəsində baş verib.
Yeri gəlmişkən qeyd edək ki, 1960-cı illərdə ABŞ-da «Pluton» adlı oxşar layihə olub. Lakin silah çox təhlükəli olduğundan hökumət onun üzərində işini davam etdirməmək qərarına gəlmişdi. Nəticədə 1964-cü ilin iyulun 1-də layihənin üzərində 7,5 il işlədikdən sonra, «Pluton» layihəsi qapandı.
Nə səbəbdənsə Rusiya avqustun 8-də poliqonda sirli surətdə nəyin partladığını açıqlamır. Həmçinin qonşu şəhərlərdə radiasiya səviyyəsinin kəskin surətdə artıb. Bir neçə gün sonra yerli məmurlar sakinlərin evakuasiyası barədə göstəriş versələr də, bir neçə saat keçmiş fərman ləğv edilib.
İlk əvvəl Rusiya KİV-ləri sınaq zamanı maye yanacaqlı reaktiv mühərriyin partlaması barədə məlumat vermişdilər. Qərbli ekspertlər və kəşfiyyat nümayəndələri bu xəbəri təkzib ediblər. Onların sözlərinə görə, mühərriyin partlaması radiasiyanın kəskin artmasına səbəb ola bilməzdi.
«Rosatom» Dövlət Nüvə Agentliyi partlayış vaxtı Rusiyanın yeni silah üzərində işlədiyini etiraf edərək, «yeni texnologiyaların sınağı zamanı belə hadisələrin baş verə biləcəyini» deyib.
Putin isə hadisə ilə əlaqədar bəyan edib ki, təhlükə yoxdur, ekspertlər vəziyyəti izləyirlər.
Qeyd edək ki, rəsmi məlumatlara görə, qəza nəticəsində azı 7 nəfər həlak olub. Rusiya onları «milli qəhrəman» adlandırıb. Eyni söz ötən ay çox məxfi atom sualtı qayığında sirli yanğın zamanı həlak olan 14 rusiyalı dənizçi barədə də deyilib. Lakin onların qəhrəmanlıqlarının təfərrüatları Rusiya xalqından və ümumiyyətlə bütün dünyadan gizlədilir.
Avqustun 20-də məlum oldu ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsi Təşkilatı (OPCW) Beynəlxalq Monitorinq Sisteminin 2 stansiyası ilə əlaqə yarada bilməyib. Söhbət Bilibino şəhərində və Zalesevo kənldindəki stansiyalardan gedir. Bu barədə OPCW-nin icraçı katibi Lassina Zerbo bəyan edib.
Buna qədər isə qəza yerinə ən yaxın Dubna və Kirovsk stansiyaoları Vyanada vahid mərkəzə məlumat ötürməyi dayandırmışdılar.
Wall Street Journal-a müsahibə verən Zerbo deyib ki, rusiyalı mütəxəssislər bunu şəbəkə və rabitədə yaranan nasazlıqla əlaqələndiriblər.
Bununla belə ekspertlər hesab edirlər ki, Nyonoks qəzasından dərhal sonra monitorinq stansiyalarının işinin dayandırılması təsadüf deyil. Lassina Zerbo öz tvitterində partlayış nəticəsində yarana biləcək radioaktiv buludun yayılması barədə nəzəri videorolik də dərc edib.
To requests on #IMS detection beyond #CTBT, data in, or near the path of potential plume from the explosion are being analyzed . We’re also addressing w/station operators technical problems experienced at two neighboring stations. All data are available to our Member States. https://t.co/pHL4WrHU23 pic.twitter.com/9aO5cQTlls
— Lassina Zerbo (@SinaZerbo) August 18, 2019
Greenpeace enerji idarəsinin layihə meneceri Rəşid Alimov Rusiya qanunvericiliyinə əsasən insanların sağlamlığı və ətraf mühitin vəziyyəti barədə məlumatlar gizlədilə bilməcəyini deyib: «Hadisə baş verən günü, avqustun 8-də biz Rospotrebnadzor (İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət) və Rosqidromet-ə (Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmət) müraciət etdik, lakin bu günə qədər ətraflı məlumat ala bilməmişik. Əlbəttə, bu gün çox az adamı inandırmaq olar ki, hər şey təhlükəsizdir. İlk gündən Müdafiiə Nazirliyi bəyan etdi ki, ətraf mühitə heç bir zərərli maddə düşməyib. Ancaq Severodvinskdə radiasiya fonu təqribən 20 dəfə artıbsa, bu o deməkdir ki, zərərli tullantı olub. Məlumatımız var ki, Arxanqelskdə insanlar apteklərdən kütləvi şəkildə yod almağa başlayıblar. Lakin bu tədbir ancaq azömürlü dioksid yod tullantısı varsa effektivdir. Əgər ora hansısa başqa radionuklidlər atılıbsa, bu tədbir tamamilə əhəmiyyətsizdir. Bu səbəbdən hansı izotopların tullandığı barədə cəmiyyət məlumatlandırılmalıdır».
Qeyd edək ki, sosial şəbəkədə hansısa rus hərbçisinin Nyonoks qəsəbə sakinləri ilə danışığının gizli çəkilişi yayılıb. Yarım saatlıq video Newsader resursu tərəfindən avqustun 17-də paylaşılıb.

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel
ABŞ generalının etirafı: İranın PUA-ları havadakı üstünlüyümüzü əlimizdən alıb
21
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq