Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
10:07
523 balla İlahiyyat İnstitutunu seçən tələbənin ilk müsahibəsi

Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına 523 balla daxil olan Mirhüseyn Qənbərovla  müsahibəni FaktXəbər olaraq  təqdim edirik.

- Özünüz haqqında məlumat verməyinizi istərdik...

- Mən, Mirhüseyn Qənbərov Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbini bitirmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi III ixtisas qrupu üzrə imtahanda iştirak edərək, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuşam.

- Qəbul imtahanı necə keçdi?

- Azad, sərbəst, rahat idim. Amma hər halda imtahandır, həyəcansız olmur. Daha yüksək uğura nail olmaq arzusunda olsam da, əldə etdiyim nəticə pis olmadı. Birinci dəfə imtahanda iştirak edəndə 427 bal toplamışdım. Daha çox çalışdım, ikinci dəfə imtahan verdim və 523 bal topladım.  

- Yüksək nəticə göstərmək üçün nələr etdin? 

- İmtahana ciddi şəkildə hazırlaşdım. Yüksək bal toplamaq arzusunda idim, sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə, dostlarla görüşləri az vaxt ayırdım. Çalışmalarımı daha təkmil və sistemli qurdum. Axı, məqsəd uğrunda mübarizə üçün vaxt məhdud idi.

- Başqa universitetlərə daxil olmaq üçün yetərli balın var idi. Maraqlıdır, niyə məhz Azərbaycan İlahiyyat İnstitutunu seçdin?

- Qeyd edim ki, ilahiyyata böyük marağım var. Bu sahəni daha ətraflı mənimsəmək üçün seçimim Azərbaycan İlahiyyat İnstitutu oldu. Valideynlərimin, ailəmin mənə böyük dəstəyi var idi. 

İnstitut yaranandan onun fəaliyyətini izləyirdim. Tələbələr üçün yaradılan şərait, pulsuz təhsil, bütün dinlərin tədris edilməsi, üstəgəl, ilahiyyata olan sevgim bu ali təhsil müəssisəsinə olan marağımı artırdı. Fikrimcə, hər bir ilahiyyatçı bütün dinləri öyrənməli və onların  müqayisəsini aparmağı bacarmalıdır. Məni Azərbaycan İlahiyyat İnstitutuna gətirən də bu arzudur. Əminəm ki, İnstitutda istədiklərimə nail olacam.

- Gələcəyə dair planların?

- Gələcək planlarıma gəlincə, uğura nail olmaq, öz sahəmin peşəkarı, kamil mütəxəssis kimi yetişmək istəyirəm. Gələcəkdə biliklərimi  daha da gücləndirmək maqsədilə təhsilimi xaricdə davam etdirməklə bağlı planlarım var. 

- Müvəffəqiyyətlər və uğurlar!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
545

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
349

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
342

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
333

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
452

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
441

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
653
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 07:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru