Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
13:13
1800
Serb uçurdulan məsciddən tapdığı Quranı 27 ildən sonra müsəlmanlara qaytardı

1993-cü ildə Banya Luke şəhərində Vrabanya məscidinin uçurdulmasından sonra Quranın surətini tapan serb 27 ildən sonra müqəddəs Kitabı həmin məscidə qaytarıb. FaktXeber.com-un GlasSrpske-ə istinadla verdiyi məlumata görə, adının çəkilməsini istəməyən şəxs Müqəddəs Kitabı məscidə çatdırılması üçün Seribiya Milli Yığıncağının  sabiq deputatı Admir Kavkaya verib.

«Ümumi dostum vasitəsi ilə mənimlə bir nəfər əlaqə saxladı. O, Vrabanye məscidində təsadüfən tapdığı Quranı saxladığını dedi… Bosnyia və Hersoqovinanın Banya Luka şəhərinin Vrbanye məscidindən olan bu Quran ötən müharibədə dağıdılan ibadət ocağının  yeganə yazılı izidir və yaxın günlərdə məscidə qaytarılacaq», - deyə bəyan edib.

Bu Quran müharibədə dağıdılan məscidin yeganə yazılı şahididir"

O, vurğulayıb ki, bir müddət əvvəl Foçedə Alay məscidinin açılışı zamanı qadın uzun illər saxladığı Quranı məscidə təhvil verib: «Yəqin bu şəxs də həmin qadının hərəkətindən sonra analoji addımı atmaq qərarına gəlib…» 

Onun sözlərinə görə, bu kitab bayramda aldıqları ən gözəl hədiyədir: «Hər zalım dövrdə başqa cür düşünən insan olur. Bu kitabın qaytarılması mənim üçün böyük şərəfdir». 

«Biz bir-birimizə hörmətlə yanaşmalıyıq və bu istiqamətdə yolumuza davam etməliyik. Bu həm Vrbanye məscidi, həm də Banya Luka şəhərinin sakinləri üçün önəmlidir», - deyə Kavka sözlərini yekunlaşdırıb.

Məqalədə : Məscid Quran Bosniya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
50

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
75

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
147

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
168

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
180
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru