Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
15:22
120-lik yolda 70-80-lə gedənlər cərimə olunacaq - VİDEO

Sürücülərin tez-tez narazlıq etdiyi məqamlardan biri də yüksək sürətli yollarda bəzilərinin çox aşağı sürətlə avtomobil idarə etməsidir. Məsələn, aeroport yolu kimi tanıdığımız magistralda 6 zolaq var. Orada 80, 100 və 120-lik zolaqlar mövcuddur. Amma bir çox hallarda məhz 120-lik zolaqda 70-80, hətta bəzən 60 km/saat sürətlə avtomobil idarə edənlər tapılır. Bu isə konkret təhlükədir. Çünki istənilən an qəza baş verə bilər.

FaktXəbər-in məlumatına görə, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı "Avtosfer"ə bildirib ki, bu cür avtomobil idarə etmək yolverilməzdir. “Zolaqlar üzrə hərəkət ona görə müyyən edilib ki, kim hansı sürətlə avtomobil idarə etmək istəyrsə həmin zolaqda getsin. Amma 80-lik zolaq olduğu halda 120-lik yolda 70-lə hərəkət etmək həm özünə, həm də digərlərinə təhlükə törədir”.

Ekspert bildirib ki, qanunvericilikdə bununla bağlı müvafiq cərimə və qaydalar müəyyən edilməlidir. Yəni, minimim sürət həddini bildirən nişanlar tətbiq edilməli, buna əməl etməyənlər isə məsuliyyətə cəlb olunmalıdırlar. “Bəziləri elə hesab edir ki, ancaq yüksək sürət zamanı sürücü cərimə oluna bilər. Amma 120-lik zolaqda 60-la gedən sürücü də məsuliyyətə cəlb olunmalıdır. Bəzən yol polisi sürücüləri saxlayıb müvafiq cərimə tətbiq edəndə narazılıq yaranır. Amma düşünmək lazımdır ki, yüksək sürətli yolda aşağı sürətlə getmək sürət həddini aşmaqdan da təhlükəlidir”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi aeroport yolunda müəyyən edilmiş sürət həddindən aşağı sürətlə gedən sürücülərin məsuliyyətə cəlb edilməsi ilə bağlı təklif hazırlayıb.

Sosial şəbəkələrin birində video paylaşan sürücü də analoji haldan narazılıq edir. Videoda qarşıdakı avtomobil çox yavaş sürətlə hərəkət edərək təhlükə yaradır. Görüntüləri təqdim edirik:

Məqalədə : yüksək sürət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13194

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11877

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13305

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12884

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12736

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12881
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 05:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru