Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
FaktXəbər-in məlumatına görə, ölkənin bütün məscidlərində bayram namazı qılınıb.
Qurban bayramı İslam dünyasının müqəddəs bayramlarından biri - “Eydül-Ədha” - Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramında müsəlman ümməti üçün böyük sevinc, fərəh, birlik və bərabərlik var: "Müsəlmanlar Qurban bayramında bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edir, valideynlərinə, yaxın qohumlarına baş çəkir, aztəminatlı ailələrə yardım edirlər. Bu, Həzrət İbrahimin gələcək nəsillər üçün örnək olan, Uca Yaradana bağlılığını sübut edən gözəl bir gün, İlahi fürsətdir. Qurban bayramı sevinc, təbrik və xatırlama günüdür.
Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.
Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billəhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, İnsаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirmək savabdır. Qurban kəsməyə imkаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.
Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

"Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
12
Dekabr
Gürcüstan parlamentində evakuasiya: müxalifətçi deputat "şübhəli maye" səpib - FOTO
12
Dekabr
Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib
12
Dekabr
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıblar - SİYAHI
12
Dekabr13-08-2019 16:50 Qurban bayramı günü 851 kq istifadəyə yararsız ətin satışının qarşısı alınıb
10-08-2019 11:00 AİP Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
07-08-2019 14:34 Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb
06-08-2019 10:09 Qurban bayramı ilə bağlı üç qurum açıqlama yayıb
29-07-2019 17:10 Qurban bayramında heyvan kəsimi üçün ayrılan yerlərin siyahısı açıqlanıb
21-08-2018 14:24 Qurban bayramı günlərində bu dövlət idarəsi işləyəcək
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür
- 05-11-2019 12:06 Həccə getmək istəyən vətəndaşlarımız niyə Gürcüstana üz tutur?
- 29-10-2019 16:27 Mükəmməl gözəllik və əzəmət - İmam Rza ziyarətgahının tarixi
- 27-10-2019 09:48 Bu gün İslam Peyğəmbərinin vəfatıdır
- 25-10-2019 10:50 Sünni mənbələrində salavat barədə belə yazılıb
- 23-10-2019 14:32 Küləklər şəhəri Bakı ilə Kərbəla arasındakı yol qeydləri - FOTO
- 21-10-2019 11:42 Ərbəin gecəsi Kərbəla - FOTO
- 18-10-2019 16:27 ƏRBƏİN - Aşuranın 40-cı günü
- 17-10-2019 10:09 Ərbəin ziyarəti möminlik nişanəsidir
- 10-10-2019 15:19 Kərbəlaya piyada getməyi ilk dəfə kim başladıb?
- 07-10-2019 09:52 İmam Hüseyn (ə) və Ərbəin
- 02-10-2019 12:41 Hacı Şahin: "Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!"
- 27-09-2019 11:22 Bəni-Haşim şəhidlərinin sayı neçədir?
- 26-09-2019 16:40 "Kərbəla - əbədi mübarizə fəlsəsfəsi" mövzusunda konfrans keçirilib - FOTO
- 26-09-2019 15:05 İlk ərəb astronavt üçün namaz və orucla bağlı problem yaranıb - FOTO
- 16-09-2019 12:09 Mədinənin Quba Məscidində İmam Hüseyinin (ə) qatillərinə lənət oxundu
- 12-09-2019 12:01 Elm və Din qarşıdurması: iddia və cavab
- 10-09-2019 16:05 Aşura mərasimindən VİDEO reportaj
- 10-09-2019 15:40 Aşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTO
- 10-09-2019 13:05 Aşura günü Bakı məscidləri - FOTO
- 10-09-2019 09:41 Tasua gecəsi Kərbəla - FOTO
- 10-09-2019 09:02 Bu gün Aşuradır