Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
16:25
Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu

Mehdi Fərəc


araşdırmaçı-yazar

lI yazı ( l yazı )

ABŞ-ın S-400 Hava Hücumundan Müdafiə Sistemi ilə əlaqədar Türkiyəyə təhdidləri ən son həddədir və yeni başlamayıb. Suriya müharibəsində strateji müttəfiqi Amerikanın təhlükəsizlik və digər sahələrdə də artıq güvənilməz olduğunu başa düşdü. Tədricən müharibədə İran və Rusiya ilə həmkarlıq etməyə başlayan Türkiyə sonralar müharibənin seyrində həlledici rola malik Astana formatında yerini aldı. Bu isə artıq Türkiyənin strateji baxışında həlledici dəyişikliyin açıq siqnalı idi. Düzdür, Suriya cəbhəsində tərəflərin indi də bəzi anlaşılmazlıqları qalır, lakin geniş planda Astana formatı bu 3 ölkənin (Rusiya, İran və Türkiyə) regionun taleyində əsas söz sahibləri oduğunu bir daha ortaya qoydu. Rusiyada bir sıra aparıcı strateq və politoloqlar bunu Türkiyənin Avrasiya istiqamətinə üz tutması ilə izah edir. Bu fikri irəli sürən və dəstəkləyən dairələr bu formata Azərbaycanın da daxil edilməsini zəruri hesab edir. İranla qədim tarixi və məzhəbi kökləri, Türkiyə ilə mədəni, etnik və mədəni kökləri, Rusiya ilə yeni tarixinin bir sıra parametrləri baxımından Azərbaycan Avrasiya ideoloqları üçün cazibədardır. Onlar hesab edir ki, Azərbaycan İran və Türkiyənin Rusiya ilə yaxınlaşması üçün əsas mərkəz rolunu oynaya bilər. Təbii ki, ABŞ və müttəfiqləri də bunun fərqindədir. Bu kontekstdən Türkiyə ilə baş verənlərin və yaxında yaşanacaqların birbaşa Azərbaycana aidiyyəti vardır.

Türkiyəni Avro Atlantika Paktı müttəfiqlərindən sürətlə uzaqlaşdıran başqa bir mühüm səbəb də “15 Temmuz”da (15 iyul 2017) baş verənlər oldu. 40 ildən artıq Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) vasitəsilə Türkiyənin, həmçinin Türkiyə vasitəsilə digər qitələrə də yayılan Gülən Hərəkatı ilə toqquşma Ak Parti iqtidarını bir sıra mövzuları yenidən gözdən keçirməyə vadar etdi. MKİ vasitəsilə ölkədə dövlət çevrilişinə cəhd edən FETÖ Ankara və İstanbulda xalqa atəş açdığı zamanda Türkiyədə legitim hakimiyyətin imdadına ilk çatan da İran və Rusiya oldu. Təbii ki, Ərdoğan da bunu unutmadı və durumu yenidən dəyərləndirməli oldu. “15 Temmuz”dan öncə “Gezi” hadisələrində də ortaq hədəflər uğrunda çalışan eyni dairələrin planlarını diqqətlə təhlil edən Ərdoğan iqtidarı artıq yelkənin istiqamənin dəyişdirilməsi barədə siyasi iradəsini aydın şəkildə ortraya qoymalı oldu. MKİ dəstəkli dövlət çevrilişi planlarından imtina edilməməsi, bu planların hal-hazırda da gündəmdə qalması ilə Ərdoğan kursun dəyişməsində yanılmadığını qətiləşdirdi. "15 Temmuz"la devrilməyən Avrasiya meylli Türkiyə iqtidarı bu dəfə Amerikanın iqtisadi terroru ilə qarşı-qarşıya qaldı (yalnız eyni dövrdə təkcə Türkiyə deyil, yönəldiyi Rusiya və İranda da birə-bir eyni iqtisadi planlar icraya qoyulmuşdu). 10 gün ərzində ölkədə dolların lirəyə məzənnəsi fantastik dərəcədə artdı, kartof- soğan kimi zəruri tələbat malları 10 dəfəyədək (bəzi mallar daha çox) bahalaşdı. Təbii ki, tədricən prosesin neqativ təsirləri paralel olaraq digər sahələrə də təsir etdi. Ölkədə kifayət qədər anti-iqtidar havası formalaşdırıldı. Lakin əsas hədəflərinə nail ola bilməyən bədnam qüvvələr növbəti dəfə “seçki” yolu ilə məxməri inqilaba baş vurdular.

Türkiyənin “Xuan Quaydo”su

Türkiyədə birbaşa (“Gezi” və “15 Temmuz”) və dolayı (iqtisadi zərbələr) yolla hakimiyyəti devirə bilməyən ABŞ bu dəfə Türkiyədə “Xuan Quaydo” axtarışına çıxdı və axtardığını tapdı. Türkiyədə siyasi karyera üçün İstanbulun nə mənaya gəldiyini bilənlər bilir. Bunun mənasını bütün dərinliyi ilə anlayanlardan biri də (deyərdim ki, birincisi) məhz hazırkı prezident Rəcəb Tayyib Ərdoğandır. Vaxtilə özü də İstanbul üzərindən hazırkı postuna doğru sürətlə irəlilə(dil)mişdi. Dolayısı ilə Türkiyədə bu ssenari oynanılmış və tam təfərrüatına qədər bilən iki şəxs varsa, biri də hazırkı prezidentdir. İndi eyni ssenari onun özünə qarşı tətbiq edilmək istənilir. İmperialist düşüncə mərkəzlərinin planı hər zaman belə fəaliyyət göstərib; ölkələrdə hakimiyyət başına gətirdikləri fiqurlar şərtlərin dəyişib-dəyişməməsindən asılı olmayaraq sonadək müti şəkildə onların buyruqlarını yerinə yetirərsə, ölümünə qədər hakimiyyətdə qalacaq. Bunun bir çox örnəyini ərəb ölkələrində diktator rejimlərin necə və kimlər tərəfindən qorunduğuna diqqət edərək görmək mümkündür. Əgər həmin fiqur dəyişən şərtlər daxilində, ya oyanan vicdanın səsi ilə (Misir), yaxud da fərdi maraqlarından irəli gələrək (Səddam Hüseyn) fərqli siyasət yürütməyə başladıqda, eyni imperialist və işğalçı qüvvələr onun hakimiyyət "qələmini qırır”. Belə nümunələrdən, xüsusilə yaxın tarixdəki qondarma “Ərəb baharı”nda və sonrakı illərdə bəslədikləri diktatorları hansı sonluqla üz-üzə qoyduqlarına şahid olmuşuq. Hər kəs Səudiyyə kimi sonadək xalqın qənimi, fövqəlgüclərə sağmal inək deyil. 

Astana formatı ilə qəti şəkildə Amerikadan Avrasiyaya üz tutan Ərdoğanın qarşısına da dünənədək çox da tanınmayan Əkrəm İmamoğlu çıxarıldı. Təbii ki, onun da üzərində müxtəlif texnoloqlar vasitəsilə ilə müsbət imici formalaşdırıldı. Amerika (MKİ) ən son bu ssenarini Venesuelada oynamağa çalışdı, lakin bu dəfə “uğur” qazana bilmədi. Nədənsə bu ssenari ilə yanındakı Venesuelada daha az təcrübəli Maduro qarşısında uğursuz olan ABŞ bu dəfə eyni ssenarini təcrübəli Ərdoğanla icraya qoyub.

Xuan Quaydo ali təhsilini Rokfeller ailəsinin himayəsindəki Corc Taun Universitetində bitirib. Sonra ailənin dəstəyi və istəkləri yönündə yenə də ailənin namizədilə ailə qurub. 

Daha sonra Amerika idarəedicilərinin bəlli təlimatları ilə Venesuelaya göndərildi. Ardınca isə çox qısa bir müddətdə gənc və tanınmayan siyasətçi Quaydo ölkə parlamentinin spikeri oldu və 1 il ərzində geniş tanındı.

Eyni ssenari nə qədər qəribə görünsə də, Rokfeller və müttəfiq ailələrin qarşısındakı Rotşild ailəsi tərəfindən Fransada icra edildi. Vur-tut 1 il əvvəl dünyada və Fransada tanınmayan E.Makron Avropanın ən köklü dövlətlərinin birinin başına gətirildi. Özündən 24 yaş böyük xanımı isə həm onun kollecdə müəlliməsi olmuş, həm də Rotşild ailəsinə məxsus banklarıdan birinin məmuru idi. Məğlub olan qarşı cəbhə də (Soros daxil) öz növbəsində “sarı gödəkçəlilər” planıına start verdi.

Uqo Çaves dönəmində də MKİ dəfələrlə bu tip planlara cəhd etdi, amma bütün bu ssenarilər uğursuzluqla nəticələndi. Zənn edilirdi ki, hakimiyyət başına yeni gəlmiş Maduro dönəmində istəklərinə nail olacaqlar, lakin Rusiya, Meksika, Çin, İran, Türkiyə və sair ölkələrin səyləri nəticəsində bu arzu puç oldu. 

Hazırda Türkiyədə də edilməsi istənilən eynilə budur. Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri ölkənin potensial prezidentliyinə namizədlərdən biri kimi qəbul olunur. Daha əvvəl də qeyd olunduğu kimi, Ərdoğan özü də eyni ssenari üzrə eyni qüvvələr tərəfindən uğur qazanmışdı. Lakin həmin illərdən çox uzun yol qət olunub və tərəflərin maraqları ciddi deformasiyaya uğrayıb. Bu dəfə Ə.İmamoğlunun qarşısındakı şəxs Ərdoğanın qarşısındakı fiqur deyil. Ə.İmamoğluna Bilderberq klubunun Türkiyə qanadı tərəfindən maddi-mənəvi dəstək verilməsi isə planın pərdə arxasını aralamağa imkan verdi (Devid Rokfellerin patronajlığındakı əsas qurumun bir alt qurumu “”Bilderbeq”in daimi (əsas) üzvləri kimi Henri Kissincer (ABŞ keçmiş dövlət katibi, dərin Amerikanın fiqurlarından biri), Donald Ramsfeld  (ABŞ keçmiş müdafiə naziri), Alan Qrinspen (FED İdarə Heyətinin sədri, ABŞ), Riçard Perl (müdafiə sektoru üzrə mütəxəssis, ABŞ), Pol Vulfoviç (Çons Hopkins Universiteti, ABŞ) təsdiqlənib). Klubun son toplantısı bu ilin 30 may-02 iyun tarixlərində Montrdə (İsveçrə) reallaşıb. Həmişəki kimi, mətbuata qapalı olan toplantıya H.Kissencer, Qüdsün İsrailin paytaxtı kimi nəzərdə tutan qondarma “Əsrin sazişi”nin himayədarı, Trampın kürəkəni Kuşner və digər mühüm fiqurlar da qatılıb. Türkiyədən 4 nəfərin qatıldığı toplantıya Koç Holdinq İdarə Heyətinin sədri Ömər Koç daxil olmaqla holdinqdən daha 3 nəfər qatılıb. Koç Holdinqin təbliğat-təşviqat kampaniyası üçün İmamoğlunu xüsusi təyyarə ilə təmin etməsi son günlərdə ölkədə geniş müzakirə mövzularındandır. Yerli mətbuat bu tip qurum və quruluşların Ə.İmamoğlunun arxasında duraraq ona İstanbul seçkisində və davamındakı proseslərdə qələbələr əldə etməsi üçün hər cür dəstək verdiklərini yazır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53680

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51833

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53298

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53038

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58373

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52636

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53037
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 05:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru