Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2019
13:01
4371
Hacı Şahin Həsənli `Pir` videosuna münasibət bildirdi

"Hər hansı bir ziyarət zamanı yanlış hərəkətlərin edilməsi ziyarətin özünün və ziyarətgahın sual altına alınmasına səbəb olmamalıdır".

FaktXəbər bildirir ki, bunu Faktxeber.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində yerləşən ziyarətgahda baş verənlər ətrafında açıqlama verərkən bildirib.

QMİ nümayəndəsi qeyd edib ki, hər bir şeydən, o cümlədən Qurani-kərimdən də sui-istifadə edilə bilər: 

"Bu, bütövükdə Quranın inkar edilməsinə səbəb ola bilməz. Bəzilərinin, sanki əlinə fürsət düşmüş kimi, ziyarəti hədəfə alması xürafatla mübarizə deyil, çirkin niyyətlərini həyata keçirməkdir. Seyid ocağının "qaloş piri" adlandırılması da qətiyyən düz deyil. Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, ziyarət zamanı belə xürafatlara yol vermək olmaz. Bu hərəkətlər müqəddəs dinimizi, ziyarətgahın özünü gözdən salır".

Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə açıqlamasında deyib ki, həmin görüntülər ehsan zamanı çəkilib: "Həmin evdə Seyid Miribiş ağa yaşayıb. O, 1972-ci il iyunun 8-də dünyasını dəyişib və həmin ildən bəri övladları, sonra isə nəvələri ehsan süfrəsi açıb əhaliyə ehsan veriblər. O görüntülərə diqqətlə baxsaz görəcəksiz ki, heç bir qaloşdan söhbət getmir və bu kənddə "Qaloş piri" deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seydin papağıdır. İnsanların o papağı toxunma istəkləri barədə isə heç nə deyə bilmərəm, bu, özlərinin seyidə olan inamlarıdır."

İcra nümayəndəsi onu da bildirib ki, həmin evdə yaşayan və ehsan verən şəxslərin bu mərasim zamanı camaatdan pul və ya dəyərli əşyalar alması barədə eşitməyib və bütün bu olanları başqa şeylərə yozub, seydin adına şəkk edilməsi isə xoşagələn hal deyil.

Məqalədə : Hacı Şahin Həsənli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
52

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
77

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
149

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
171
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru