Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
17:33
Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli

VI məqalə (V məqalə)

Əbu əl-Qasim Əmmar bin Əli əl-Mousuli Qərb dünyası orta əsrlərin qaranlığında çarpışdığı bir vaxtda ilk katarakt əməliyyatını icra edərək tarixə düşüb. Halbuki bu əməliyyatın 1846-cı ildə Blançet tərəfindən icra olunduğu bilinirdi. 

İslam dünyasının yetişdirdiyi göz həkimlərindən biri olan və qərbdə "Canamusali" adı ilə tanınan Əmmar bin Əli Mosulda doğulduğu üçün "əl-Mousuli" adlandırılıb. 950-1010-cu illərdə yayayıb.

X əsrin ən tanınmış həkimlərindən biri olan bu böyük alim "Oftalmologiya" elminin atası hesab edilir. Elmi təhsili üçün Fatimilər dövründə Misirə gedir. Oradan isə Xorasan və Fələstinə səyahət edib. Sahib olduğu elmi məlumatlarını həyata keçirdiyi əməliyyatlarla inkişaf etdirən Əmmar, qısa müddətdə göz xəstəlikləri sahəsində mütəxəssis olub və "Kitabul-muntəhab fi ilacil-ayn" adlı əsər yazıb. Kitabın nüsxəsi hazırda Rabatda saxlanılır. Bu kitab o zaman yazılmış göz xəstəlikləri sahəsində ən geniş və ən uğurlu işdir. Kitabda göz çizgilərindən, göz yaşı kanalından başlayaraq göz sinirlərinə qədər 48 göz xəstəliyi izah edilmiş və bunların müalicə üsullarına yer verilmişdir. Bütün bu xəstəliklər "Kitabul-muntəhab"ın 86 səhifəsində təsvir edilmişdir. Bu kitab XII əsrdə ibrani dilində, XV əsrdə latın dilinə və 1991-ci ildə Alman dilinə tərcümə edilərək dərs kitabı kimi tədris olunub.

Göz anatomiyasının əsasları

Əmmar ibn Əli əsərində əsasən gözün anatomiyasına diqqət yetirib, göz qapaqları, şəffaf qat, bəbək, göz axını kimi əhəmiyyətli bölgələri tanıdıb. O, bu bölgələrin xəstəliklərini izah edib və müalicəsi haqqında ətraflı məlumat verib. Ən təəccüblü xüsusiyyət, məlumatların özü tərəfindən tətbiq olub. Əmmar həyata keçirdiyi müalicələrdə dövrünün son tibb texnologiyasından istifadə edib.

125 fəsildən ibarət olan "Cerahatul-uyun" kitabında dəqiq elmi üsullardan bəhs edilib.

Katarakt əməliyyatı

Katarakt göz bəbəyinin arxasında olan və görməyi təmin edən təbii göz obyektivinin şəffaflığını itirərək matlaşmasıdır. Əmmar bin Əlinin katarakt əməliyyatı əsnasında istifadə etdiyi texnikaların müasir əməliyyatlarda istifadə edilən texnikalarla bənzərliyi diqqət çəkir.

Əməliyyatı içi boş, incə bir metal boruyla (günümüzdəki şpris) katarakt təbəqəsini əmmə üsulu ilə edib və adını tarixə qızıl hərflərlə yazdırıb. Bu üsul o zaman tibb elminin böyük bir kəşfi sayılıb. Əsərlərində xüsusi müayinə, müalicə və əməliyyatlarını canlı üslubla izah edərək oxucularına yol göstərib, özündən sonra gələn həkimlərə böyük məlumatlar çatdırıb.

Əmmar həmçinin azyaşlıların zəif görməsini müalicə üsulu ilə öz həmkarlarını 1000 il qabaqlayıb. 

Hər şey Allahın təqdiridir

Əmmar bin Əlinin Allaha güclü inancı olub. Müvəffəqiyyətli bir əməliyyatdan sonra hər dəfə Allaha şükr edən məşhur həkim hər şeyin Allahın təqdiri olduğuna inanırdı. Onun sözlərinə görə, müvəffəqiyyətin əsas qaydalarından biri əlindən gələn hər şeyi etməyə başladıqdan sonra Allaha təvəkkül etmək idi.

Aqil Mehdi

İstifadə edilmiş ədəbiyyat:


Eckhard Neubauer: Ammar b. Ali al- Mausili (4th/10th cent.) and Ali ibn Isa (5th/10th cent.); Uni Frankfurt (Ammar b. Ali al-Mausili: Das Buch des Auswahl von den Augenkrankheiten; Band 2 von Die arabischen Augenärzte nach den Quellen bearbeitet, aus arabischen Handschriften übersetzt und erläutert von J. Hirschberg, J. Lippert und E. Mittwoch. Leipzig 1905)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
65

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
52

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
19

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
26

Xurmanın faydaları: Kimlərə olmaz?..

08

Noyabr
12:05
AİLƏ, SAĞLAMLIQ
289
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 16:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru