Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
14:42
Səfir: `Azərbaycanda yaşamaq və işləmək olduqca rahatdır`

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Teleradio Akademiyasının qonağı olub.

Rektor Faiq Hüsiyev rusiyalı diplomatı salamlayaraq, Teleradio Akademiyasının fəaliyyəti barəqə qısa məlumat verib. O, bildirib ki, Akademiyada dərslərlə yanaşı, müxtəlif qurumların nümayəndərinin, tanınmış şəxslərin mühazirələri də təşkil olunur və  belə mühazirələr  gələcəyin aparıcıları, müxbirləri və rejissorları üçün faydalıdır.

İyunun 10-da Azərbaycanda səfir kimi çalışmasının 1 ilinin tamam olacağına diqqəti cəlb edən M.Boçarnikov Teleradio Akademiyasına dəvətdən məmnun olduğunu bildirib. O, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksəlişdə olduğunu deyib, siyasi, idisadi və humanitar əlaqələrin dinamik inkişaf etdiyini, hər iki dövlətin müxtəlif mötəbər tədbirlərdə bir-birlərinin mövqelərini dəstəklədiklərindən razılıq ifadə edib. Səfir ölkələrimiz arasında iqtisadi və ticari layihələrin daha çox olmasını, mədəniyyət və incəsənət sahəsində daha geniş əlaqələrin yaranmasını arzuladığını vurğulayıb.

Akademiya dinləyicilərinin  suallarına cavab verərkən, M.Boçarnikov Azərbaycanı “bölgənin mühüm dövləti” adlandırıb: “Azərbaycan gözəl ölkədir. Burada yaşamaq və işləmək olduqca rahat və maraqlıdır.  Azərbaycanın tarixini oxuyuram, mədəniyyət və incəsənəti ilə maraqlanıram. Bakıda yaxşı dostlar tapmışam”.

O, bildirib ki, humanitar sahədə əlaqələrin çox olması xalqlar arasında qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına gətirib çıxarır: “Bakıda tez-tez teatrlara gedirəm. S.Vurğun adına Rus Dram Teatrının tamaşalarına baxıram. Opera və Balet Teatrının da tamaşalarını izləyirəm. Amma çox istərdim ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşasına baxım. Dövlət Filarmoniyasında klassik musiqini izləyirəm”.

Səfir qeyd edib ki, vaxtaşırı AzTV-yə baxır: “Əsasən xəbərlər proqramını AzTV-də  izləyirəm”.

M.Boçarnikov Azərbaycan diplomatiyasını yüksək qiymətləndirdiyini deyib: “Azərbaycan diplomatiyası özünə güvənir. Xarici siyasət idarəsinə rəhbərlik edən şəxslər öz işlərinin mütəxəssisləridirlər”.

Səfir Azərbaycan Teleradio Akademiyasının dinləyicilərinə diplomatlar kimi hərtərəfli biliyə sahib olmağı arzulayıb.

Sonda rusiyalı səfirlə şəkil çəkdirilib və xatirə hədiyyələri təqdim olunub. (modern.az)

Məqalədə : Mixail Boçarnikov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43992

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42282

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43952

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43394

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48933

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43311

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43736
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-10-2020 02:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru