
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı yenidən medianın gündəminə gəlib. Belə ki, mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi ilə tanış olanda sərgidə məşhur “Massey Ferguson” şirkətinə məxsus texnikanı ölkə başçısına Füzuli Ələkbərov təqdim edib. Eks-nazir “Massey Ferguson” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.
“Massey Ferguson” şirkəti 1953-cü ildə kanadalı kənd təsərrüfatı maşınları istehsalçısı Massey Harris və British Ferguson şirkətinin birləşməsi ilə yaradılıb. 1958-ci ildə “Massey Ferguson” adı ilə tanınır. Eyni ildə ilk üç qırmızı-ağ üçbucaqdan ibarət olan loqo ilk fəaliyyət göstərir. 1978-ci ildə müəssisə iqtisadi çətinliklərlə üzləşdiyi səbəbindən səhmlərin bir hissəsini satıb və bəzi istehsal zavodları bağlanıb. 1992-ci ildə Amerikanın AGCO firması “Massey Ferguson”un kənd təsərrüfatı avadanlıqlarının Şimali Amerika bazarlarında satışına başlayıb. 1994-cü ildən isə istehsal tamamilə AGCO Korporasiyasının nəzarəti altındadır. Beləliklə, şirkətin müasir adı “AGCO-Massey-Ferguson”dur. Dünyada “Massey Ferguson” markası altında işləyən traktorların sayı 6 milyondan çoxdur. Qiymətlərinə gəlincə, bu traktorların çox bahalı modelləri də var.
Füzuli Ələkbərova gəlincə, o, 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.
1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.
Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə “Sputnik” Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.
1992-2006-cı illərdə “İmproteks” Şirkətlər Qrupunun prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Cüdo Federasiyasının prezidenti olub. Məlumatlara görə, bu vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildən YAP-In üzvüdür.
Azərbaycan prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.
Yada salaq ki, Füzuli Ələkbərov oğlu Vüqar Ələkbərovun yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmuşdu.
Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov
Belə ki, 2013-cü il yanvarın 23-də İsmayıllı rayonunda (həmin vaxtı İsmayıllının icra başçısı olan Nizami Ələkbərov Füzuli Ələkbərovun qardaşı idi - red.) Vüqar Ələkbərov “Hummer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb.
Rayon sakinləri buna mane olmağa çalışsa da, V.Ələkbərov və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlər həmin şəxsləri döyüb və Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırıblar. Bu hadisə ölkədə ciddi rezonans doğurmuş, nəticədə nazirin özü və həmin rayonun icra başçısı olan qardaşı tutduğu vəzifədən azad olunmuşdu. ("Yeni Müsavat")

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq