Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
10:09
494
Bakı finalı haqda dövlət rəsmisi və əməkdar artistdən AÇIQLAMA

Mayın 29-da Avroliqa finalında qarşılaşacaq “Çelsi” - “Arsenal” oyununa biletlərin hamısı demək olar ki, satılıb. Bu barədə Bakı Olimpiya Stadionunun (BOS) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Qarayev bildirdi. Onun sözlərinə görə, UEFA mart ayında onlayn vasitəsilə biletləri satışa çıxarmışdı: “Bu gün onların hamısı alınıb və onlayn bileti 100-dən artıq ölkədən alan azarkeşlər var.

May ayında isə yerli azarkeşlər üçün “Gənclik mall” və “28 Mall” ticarət mərkəzlərində bilet satışı təşkil olunub. Bizdə olan məlumata görə, 10 min bilet satılıb. Belə deyə bilərik ki, final görüşünə bileltərin hamısı qurtarıb".

BOS sözçüsü qeyd etdi ki, stadionda hazırlıq prosesi gedir: “Bilirsiniz ki, stadionun açılışı 2015-ci ildə olub. Bu gün infrastrukturda xüsusi dəyişikliyə ehtiyac yoxdur, hər şey yenidir. Sadəcə, ehtiyat oyunçular skamyası bir qədər yuxarıda idi, həmin yerdəki azarkeşlərin görmə bucağı məhdudlaşırdı, biz skamyanı aşağı salmışıq, hər şey qaydasındadır. Bu günlərdə UEFA-nın inspektoru da stadiona baxışa gəlmişdi, yüksək qiymət verdi”.

F.Qarayev jurnalistlərin akkreditasiyası məsələsinin BOS yox, UEFA tərəfindən təşkil edildiyini və mayın 13-də prosesin yekunlaşdığını xəbər verdi.

Əməkdar artist Bəhram Bağırzadə isə bildirdi ki, final oyununda “media face” sektoruna dəvət alıb. Bağırzadə yarızarafat ironiya ilə söylədi ki, Allah ona 30 il səbr verib, bu günü görməyi nəsib elədi: “Axır ki, məni də tanınmış insan sayıb dəvət ediblər. Mən bu oyunda Azərbaycana azarkeşlik edəcəyəm, bayrağımızı götürüb qaldıracağam. Qəzetiniz vasitəsilə azarkeşlərə də çağırış edirəm ki, stadiona bayrağımızla gəlsinlər, möhtəşəm stadionda bayraqlarımız dalğalansın. Qoy dünya bizi görsün, bayraqlarımız kadrlarda bütün dünyaya nümayiş etdirilsin. Bu kadrlar yay ərzində göstəriləcək və turistlər Azərbaycanı görmək arzusu ilə yaşayacaqlar, daha çox turist cəlb etmək üçün bir fürsətdir. Bu da bir təbliğat növüdür”.

B.Bağırzadə erməni futbolçunun Bakıya gəlməsi ilə bağlı belə şərh verdi: “Arzu edirəm ki, ingilis klubunda azərbaycanlı futbolçu olsun. Bizimkilər də Avropanın nəhəng klublarına getsinlər. Mən sosial şəbəkədə də müraciət eləmişəm ki, azərbaycanlı azarkeşlər ingilislərə qarşı özlərini necə aparsınlar”.

Çılğın ingilis fanatlarına gəlincə, onu da deyək ki, Daxili İşlər Nazirliyi oyundan əvvəl və sonrakı günlərdə şəhərdə ictimai asayişin təmin edilməsi və həm azarkeşlərin, həm də Bakının bütün qonaqlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi rejimə keçəcək.

“Heç bir narahatlıq yoxdur. Bakı dəfələrlə dünya və Avropa miqyasında böyük tədbirlər keçirib və Azərbaycan polisi həmişə öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirib.  Bütün vətəndaşlar, o cümlədən xarici dövlətlərin vətəndaşları Azərbaycan qanunlarına hörmət etməlidirlər və bizim polisimiz həmişə qanunçuluğun keşiyindədir”, - deyə DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib.

Bu arada UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı incəlikləri açıqlayıb: “Stadion 70 minədək tamaşaçı tutumuna malikdir. Heç bir şübhə yoxdur ki, 1999-cu ildə Moskvada keçirilən finalın rekordu qırılacaq. Həmin vaxt ”Parma" və “Latsio” arasındakı görüşü 62 min azarkeş izləyib. Bu, VAR sisteminin tətbiq olunacağı Avropa Liqasının ilk matçı olacaq. Bundan başqa, əgər əlavə vaxt olarsa, komandalar 4-cü oyunçu dəyişdirmək hüququ qazanacaq.

Matçı italiyalı Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

15 kiloqram ağırlığı olan bu kubok Avropada çəkisinə görə ən ağır klub mükafatıdır. Qalib komandanın futbolçu və məşqçi heyəti üçün ümumən 40 medal nəzərdə tutulub.

Bundan başqa, Avropa Liqasının qalibi 2019/20 mövsümündən Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanacaq.

Maddi olaraq isə finalçı komandaların hər birinə 4,5 milyon avro, qalibə əlavə 4 milyon avro ayrılacaq.

“Arsenal” və “Çelsi” klublarının azarkeşlərinin Londondan Bakıya səfərini təşkil edəcək “Thomas Cook Sport” şirkəti isə vahid qiyməti açıqlayıb.

Məqalədə : Bakı Olimpiya Stadionu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
338

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
422

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
475

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
951

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
569

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
548
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 17:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru