Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
12:30
704
Üzü parçalanan uşağın atası danışdı

“Hadisə zamanı uşağım şokda olub. O, hərəkətsiz qaldığından it uşağımı 3-4 metr sürüyüb”.

Bunu açıqlamasında üzünü it parçalayan Hüseyn Məmişovun atası Qismət Məmişov deyib.

Hadisənin təfərrüatlarını danışan Q.Məmişov qeyd edib ki, evlərinin qarşısındakı küçədə oğlu qonşunun uşaqları ilə oynayarkən quduz it onu dişləyib: “Oğlum özü deyir ki, ata, oynadığım yerdə gəldi üzümdən yapışdı. Həmin anda uşağım şokda olub deyə hərəkətsiz qaldığından it uşağımı 3-4 metr sürüyüb. Ətrafda olan qonşular qışqırdıqdan sonra it uşağı buraxıb qaçıb. Həmin it də üç gündən sonra ölüb”.

Uşağın atası şikayət edir ki, Sulutəpə ərazisində sahibsiz itlərin sayı həddindən artıq çoxdur və bunun da qarşısını alan yoxdur.

“Uşağımın vəziyyəti kafidir. Həkimlər deyir ki, hələ 40 gün gözləmək lazımdır. Peyvəndləri vaxtında vurulur. Əsas mənə uşağımın sağalması lazımdır. İnanıram ki, üzü də zamanla düzələcək”.

Uşağın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) həkimi Qənirə Əhmədova isə "Report"a deyib ki, 2015-ci il təvəllüdlü Hüseyn Məmişov KTM-ə sol yanaq və qulaq önü nahiyələrinin, sağ üz qapağının dişlənmiş, cırılmış yaraları diaqnozu ilə aprelin 16-da daxil olub.

Onun sözlərinə görə, hazırda uşağın vəziyyəti stabil və kafidir: “Toxuma çatışmazlığı var idi, yaraları kifayət qədər dərin və böyük idi. Əməliyyat olundu və üzündə problem qalmayacaq. Müalicəsi davam edir və palataya köçürülüb. Bütün peyvəndləri vurulub, sabaha da daha bir vaksin vurulacaq. Sxem üzrə bütün müalicə üsulları tətbiq edilir. Tikişləri sökülənə qədər xəstəxanada qalacaq”. (report)

Məqalədə : sahibsiz itlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
125

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
145

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
253

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
157

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
200
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 20:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru