Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
10:40
1231
Türkiyənin aldığı S-400 kompleksi Azərbaycanda yerləşdirilə bilərmi?

Türkiyənin “A Haber” portalı məlumat verib ki,  Rusiyadan alınan S-400 zenit raket kompleksləri müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirə bilər.

Mənbə S-400 Zenit Raket Komplekslərini almazdan öncə sözügedən kompleksi idarə etmək üçün Azərbaycanda kurs keçəcək 100 hərbçinin seçilməsi haqda da iddia irəli sürüb. 

Səsləndirilən iddia barədə FaktXəbər-ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli ilk öncə informasiyanın hansı mənbədən qaynaqlandığına diqqət çəkdi: “Bir neçə ay əvvəl Türkiyənin hərbi qurumları açıqlama verərək bildirmişdilər ki, S-400 komplekslərinin Türkiyə ərazisində dislokasiyası üçün müəyyən yerlər ayrılıb və Rusiya tərəfi ilə razılşma əldə edilib”.  

S-400 raket kompleksinin müvəqqəti Azərbaycanda yerləşdirilməsinə gəlincə, hərbi ekspert Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair razılaşmanın olmasına baxmayaraq, Türkiyənin xarici dövlət olduğunu, öz daxili büdcəsi hesabına əldə etdiyi silahların digər dövlətin ərazisində saxlamağın mümkünsüz olduğunu vurğuladı: “Ola bilər kimlərsə ictimai fikri çaşdırmaq, Türkiyə cəmiyyətində hazırkı iqtidara qarşı tənqidi fikrin formalaşdırmaq istəyir. Digər tərəfdən, unutmaq lazım deyil ki, hərbi sənaye kompleksi istehsal edən şirkətlər məhsulu satmamışdan əvvəl son istifadəçi ilə bağlı rəsmi təminat istəyirlər. Bu, hərbi sənayenin məxfiliyini qorumağa xidmət edir”.

Məqalədə : S-400 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
134

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
153

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
264

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
164

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
211
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 21:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru