
ABŞ-da irqçiliyə qarşı mübarizədə, qara və ağdərili ayrı-seçkiliyini İslamın tolerantlıq və qardaşlıq təlimləri ilə yox etməyə çalışan Malkolm X-in sui-qəsdə qurban getməsindən 54 il keçir.
Əsl Malkolm Little (Litl) olan Malkolm X 19 may 1925-ci ildə 8 uşaqlı bir ailənin oğulu olaraq Nebraskada dünyaya gəlib. Malkolm atası İrrel Litl qaradərililərin heç vaxt müstəqil olmayacağını və Afrikaya qayıtmalarının lazım olduğunu söyləyən keşiş idi.
Danışıqlarına görə tez-tez ölüm təhdidləri alan və 1929-cu ildə evi yandırılan İrrel Litl, 1931-ci ildə sui-qəsd nəticəsində öldürülüv. Malkolm X-in anasının ruhi sarsıntı keçirməsi və xəstəxanaya yerləşdirilməsindən sonra Malkolm X və 7 qardaşı himayədar ailələrə verilib.
21 yaşında düşdüyü həbsxana həyatını dəyişdi
Massaçusetsdəki himayədar ailənin yanında böyüyən Malkolm X orta məktəbdə təhsilini yarımçıq qoyaraq işləməyə başlayır.
Nyu-Yorkun cinayətkarlarla dolu olan Harlem məhəlləsinə köçən və müxtəlif hadisələrə qarışan Malkolm, 1946-cı ildə oğurluq ittihamı ilə 10 il həbsə məhkum edilir. Həbsxana illəri Malkolmun həyatındakı ən böyük dönüş nöqtələrindən biri olur.
Həbsxanada olarkən yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarı verən və günlərini həbsxanadakı kitabxanada keçirməyə başlayan Malkolm X, o illəri, "bir insanın düşünməyə ehtiyacı varsa, məncə, gedə biləcəyi ən yaxşı yer universitetdən sonra həbsxanadır", - deyə xatırlayır.
Malkolm X onu həbsxanada ziyarətə gələn qardaşlarının də təsiri ilə qaradərili millətçiliyi müdafiə edən Elijah Məhəmmədin başçılıq etdiyi "Nation of Islam (İslam Milləti)" hərəkatının fikirlərini mənimsəyib və İslamı seçib.
1952-ci ildə azadlığa çıxan Malkolm, "İslam Milləti" hərəkatına qoşulur və köləliyi göstərdiyi üçün "Little" soyadından imtina edərək mübarizəsinin adsız bir qəhrəmanı olduğunu göstərmək üçün "X" soyadını götürür.
Malkolm xarizmatik mövqeyi, səmimiliyi və güclü natiqliyi sayəsində qısa müddətdə "İslam Milləti" hərəkatının və qaradərililərin haqlarının güclü səsi olur.
"İslam Milləti" adından televiziya və radio proqramlarına qatılan, köşə yazıları yazan, böyük kütlələrə xitab edən Malkolm sayəsində hərəkatın 1952-ci ildə 500 olan üzv sayı 1963-cü ildə 30 minə çatır.
Ancaq Malkolm bu qədər göz önündə olması həm ətrafının, həm də ABŞ rəhbərliyinin diqqətini çəkir və Federal Təhlükəsizlik Bürosu hərəkatı izləməyə başlayır.
Həccə gedəndə qaradərili millətçilikdən uzaqlaşır
Əvvəllər də müxtəlif mövzularda aralarında mübahisələr yaranan Elijah Məhəmmədin hərəkatdakı bir çox qadınla əlaqədə olduğunun ortaya çıxmasından sonra Malkolm X 1964-cü ildə "İslam Milləti" ilə əlaqələrini kəsərək "Muslim Mosque" (Müsəlman Məscidi) hərəkatını yaradır.
Həmin il həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gedən Malkolm X, burada ağdərili müsəlmanlarla tanış olur və bir çoxu ilə dostluq yaradaraq fikirlərini təkmilləşdirir.
Qaradərili millətçilikdən imtina edən Malkolm X mübarizəsini sadəcə, qaradərililər üçün deyil, bütün irqi və etnik kökdən olan insanların hüquqları üçün davam etdirməyə qərar verir.
Amerika cəmiyyətinin irq problemini həll etməsi üçün İslam dinini anlaması lazım olduğunu və bütün irqlərin qardaşlığını əsas götürən insan haqları mübarizəsini müdafiə edən Malkolm X bu dövrdə "Əl-Hac Malik Şahbaz" adından istifadə etməyə başlayır.
Əvvəlki dövrlərdə də müxtəlif təhdidlər alan Malkolm X qaradərili irqçilikdən imtina etdiyi üçün də İslam Milləti üzvlərindən də təhdidlər almağa başlayır və təhlükəsizlik tədbirlərinə əl atır.
49 yaşında sui-qəsdə qurban gedir
Malkom X-in xanımı Betti və 4 qızı ilə yaşadığı Nyu Yorkun Şərqi Elmhost məhəlləsindəki evi 15 fevral 1965-ci ildə partladılır, amma heç kəs xəsarət almır.
Malkolm X bu hadisədən 6 gün sonra, 21 fevral 1965-ci ildə Harlemdəki "Audubon" bal salonunda çıxış etdiyi vaxt yanına yaxınlaşan 3 nəfərin silahından çıxan 15 güllənin hədəfi olur.
Xəstəxanaya çatdırılan Malkolm X-in həyatını xilas etmək olmur və 49 yaşında dünyasını dəyişir. Malkolm X-in 27 fevral 1965-ci ildə keçirilən dəfn mərasiminə yüzlərlə insan iştirak edir.
İslam Milləti üzvü olan üç nəfər bu cinayətə görə məhkum edilməsinə baxmayaraq, sui-qəsdin arxasında həyatının son dövründə Malkolm X-i ciddi təqib altında saxlayan Federal Təhqiqatlar Bürosunun olduğuna dair iddialar səslənir.
Malkolm X-in həm çətinliklər və mübarizə ilə dolu həyatı, həm də ideyaları sağlığında olduğu kimi öləndən sonra da insanlara ilham mənbəyi olmağa davam edir.
Ədalət və bərabərlik üçün apardığı mübarizənin təlimləri nəsillər boyu bir çox insana yol göstərən və bir çox insanın İslamı qəbul etməsinə vəsilə olan Malkolm X-in məşhur qaradərili yazar Aleks Haley ilə birgə qələmə aldığı və nəşr olunduğunu görmədiyi həyat hekayəsi XX əsrin ən mühüm avtobioqrafiyalarından biri kimi göstərilir.
FaktXəbər

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq