
Hitler Almaniyasında nasist ideologiyasından və yəhudilərə qarşı irqçi münasibətindən yəqin ki, xəbəri olmayan yoxdur. Bəs bilirdinizmi həmin bu nasisit ordusunda yəhudi əsgərlər də olub. Özü də nə az, nə çox: 150 min. Bunlardan bəziləri isə xidmətdə göstərdikləri nailiyyətlərinə görə yüksək rütbə qazanmışdı.
FaktXeber.com olaraq bu gün sizə həmin yəhudi əsgərlər barədə araşdırma aparan və 2002-ci ildə “Hitlerin yəhudi əsgərləri” adlı kitab yazan Amerika Hərbi Universitetinin müəllimi, tarix professoru Brayan Riqqin tədqiqatlarından bəzi məlumatları çatdıracağıq.
Müəllif kitabı yazmaq üçün böyük işlər görüb: 1994-cü ildə material toplamağa başlayıb, İsveçə, Türkiyəyə, İsrailə, Kanadaya səfərlər edib.
Almaniya ordusunda yəhudi əsgərlərin mövzusu Braynı ona görə maraqlandırıb ki, onun babalarından biri Auşviçdə öldürülüb, digəri isə əksinə Vermaxta xidmət edirmiş. Bu səbəbdən Brayn sözügedən məsələni araşdırmaq qərarına gəlib.
Hər şey Braynın Kembricdə təhsil almaq üçün təqaüd qazanmasından və yay tətili zamanı Almaniyaya səfər etməsindən başlayır. O, ana tərəfdən alman olduğu üçün tarixi vətənini görməyə yolanır. Orda isə öyrənir ki, böyük nənəsi Leytsiqdə yaşayır və onun qohumları Almaniya ordusu ilə əlaqəsi olan yəhudilərdir. Bundan sonra Brayn öz nəsli barədə araşdırma aparmaq qərarına gəlir. O, bir illik məzuniyyət götürür və Almaniyaya gedir, Vermaxtın yəhudi veteranlarını taparaq, onlarla söhbət edir: Keçmiş hərbçilərin bəziləri ilk dəfə olaraq Riqqə öz keçmişlərini danışır. Bəzi hallarda hətta veteranların ailələrinin belə ailə başçısının keçmişi barədə məlumatlı olmadığı ortaya çıxır.
Riqqin sözlərinə görə, Vermaxtda 150 min yəhudi xidmət edib. Onlar da öz növbəsində bir neçə qrupa bölünürdülər:
- ata və anası yəhudi olanlar – 60 min
- nənə və babası yəhudi olanlar -90 min
«Əynində mundir olan hər kəs nasist deyildi və bütün yəhudilər izlənmirdi», - deyə tarixçi iddia edir.
Əsgərlər arasında Auşvisdə qohumlarını itirənlər də çox olub. Yəhudi əsgərlərə vəd verilmişdi ki, Hitlerə sədaqətli olacaqları təqdirdə, onların ailələrinə toxunulmayacaq...
1994-cü ilin yanvar ayında Almaniya Kadrlar Xidməti məşhur «77-lər siyahısı» hazırlayır. Sənədə yəhudilərlə qarışığı olan yüksək vəzifəli şəxslər daxil edilir. Bu 77 nəfər Hitlerin razılığını qazanmışdı, o həmin yəhudiləri «alman qanı olan almanlar» adlandırırdı.
Brayn əlavə edib ki, siyahıda daha 60 ad olmalı idi. Riqt buna görə feldmarşal Erxar Milxin sənədini də təqdim edir: Herinq və Hitler qərara alıblar ki, Milh ana xətti ilə kiminsə dayısıdır, buna görə, təmiz almandır.
1933-cü ildə nasizm rəsmi ideologiyaya çevrilir, 35-ci ildə isə yəhudilərə qarşı daha sərt qanunlar tətbiq edilir. 1935-ci ildə iki irqi kateqoriya yaradılır: yarı yəhudilər (valideynlərindən biri yəhudi) və ¼ yəhudi (nənə-babaları yəhudi olanlar). Belə insanlar nasist Almaniyasında mişlinq adlandırılırdı. Çünki onlarda «nəcib alman qanı» axsa da, yəhudi əsilli idilər. Praktikada mişlinqlər yəhudilər kimi heç bir hüquqa malik olmurdular. Onları hətta kilsədən ayırırdılar.
Lakin mişlinqlərin çoxu özlərini yəhudi saymırdılar: özlərini alman kimi hiss edir, almanca danışır, alman məktəbində təhsil alırdılar. Onlar üçün vacib olan şey Almaniyaya və hakim ideollogiyaya loyal münasibətlərini göstərmək idi. Bu səbəbdən onlar Hitler ordusuna xidmət etməyə yollandılar. Almanların yanında «təmiz» qanlarını göstərmək üçün cəsarətlə döyüşür və mükafat olaraq Dəmir Xaç qazanırdılar.
Əlbəttə, onlar Auşvisdə və digər konslagerlərdə nələr baş verdiyi bilirdilər: orda doğmaları həlak olurdu və mişlinqlər öz qohumlarına kömək etmək istəyi ilə yenidən alman cəmiyyətinə qarışmaq arasında qalmışdılar.
Onlar seçimlərini edirlər və hərbi karyera pilləsində sürətlə yüksəlməyə başlayırlar. Lakin Hitler ali hərbi rəhbərlikdə yəhudilərin olmasına imkan verə bilməzdi. Hər bir hal şəxsən onun özü tərəfindən baxılır və nasist ideologiyası üçün mişlinqlərin milləti Erzard Milxdə olduğu kimi yenidən «təyin olunurdu».
Beləliklə də, adı “77-lər siyahısı”nda olmayan yəhudilər də kifayət qədər idi.
Brayn Riqqin sözlərinə görə, Vermaxt veteranları Hitlerin ordusunda xidmət etdiklərinə görə özlərini günahkar hesab etmirdilər, onlar sadəcə qohumlarını xilas edə bilmədikləri üçün narahat idilər.
Qeyd edək ki, Herinq və Hitler müharibədən sonra mişlinqləri məhv etməyi planlaşdırırmış.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun29-04-2019 15:20 MKİ-nin paylaşdığı fotoda 10 GİZLİ mesaj
23-04-2019 11:49 FTB Hitlerin Argentinaya qaçmasını araşdırıb-FOTO
31-03-2019 11:02 XX əsrdə azərbaycanlılara qarşı kütləvi soyqırımı cinayətlərinin ən qanlı mə
31-03-2019 10:15 Bir şəhəri soyqırımdan xilas edən axund - FOTO
14-03-2019 15:31 Hər şey bu şüarla başladı: Doktor, növbə sənə çatıb
14-02-2019 15:20 Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb
- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq