
Sovet dövrünün dinlərlə mübarizəsini yəqin ki, bilməyən yoxdur. FaktXeber.com olaraq isə bu gün sizlərə SSRİ-nin İslamla mübarizəsini rəqəmlərdə təqdim edəcəyik.
1917-ci il Bolşevik inqilabından əvvəl Rusiyada (himayəsində olan, lakin rəsmən imperatorluğa daxil olmayan Buxara Əmirliyi ilə Xivə Xanlığı istisna olmaqla) 25 mindən artıq İslami ibadətxana mövcud olub. Sonradan SSRİ-yə daxil olan respublikalarda isə 1917-ci ildən əvvəl məscidlərin sayı 30 mindən artıq olub. Bunların çoxu 1920-1940-cı illərdə bağlanmış, dağıdılmış, klub, hətta hamam və din əleyhinə muzeylərə çevrilmişdi. Beləliklə rəsmi mənbələrə görə 1942-ci ildə məscidlərin sayı 1200-ə enir. Müharibədən sonra dini sərbəstliyin nisbətən artdığı illərdə bu say artır və Stalin ölən ərəfədə xalqa açıq məscidlərin sayı 1500-ə yüksəlir.
Lakin 1958-ci ildə Nikita Xruşov tərəfindən başladılan din əleyhinə kampaniya əsnasında məscidlərin böyük əksəriyəti (xüsusən kəndlərdə) bağlanır. Rəsmi «Spravoçnik Propaqandista i Aqitatora»ya (Moskva, 1966, səh.149) görə, 1966-cı ildə ibadətə açıq olan məscidlərin sayı 400-ə düşüb. 10 il sonra 1976-cı ilin mart ayında Din İşləri Şurasının idarəçilərindən olan Vasiliy Furov isə “Grande Encyclopedie Soveietique” komitəsinə təqdim etdiyi hesabatda rəsmi qeydiyyatdan keçmiş 300 məscid barədə məlumat verib.
İnqilabdan əvvəl və Sovet İmperiyasının çiçəklənən dövründə keçmiş SSRİ-yə daxil olan Respublikalardakı məscidlərin sayı müqayisə ilə
İlk olaraq elə öz dövlətimizdən başlayaq. Azərbaycanda 1917-ci ildə 2000 məscid olduğu halda, 1928—ci ildə bu rəqəm 1369-a düşür. 1978-ci ildə isə cəmi 16 məscid qalır. Onlara ümumilikdə 50-70 din xadimi xidmət edib (1979-cu ildə Azərbaycanın 4955000 əhalisi olub).
1975-ci ildə milyon yarıma yaxın müsəlman əhalisi olan Dağıstanda açıq vəziyyətdə 27 məscid var idi. Halbuki 1917-ci ilə kimi ölkədə 360-ı qədim məscid olmaqla 1700 ibadət ocağı olub.
İnqilabdan əvvəl 900 məscidin olduğu Çeçen İnquş Muxtar Respublikasında 1978-ci ildə cəmi 2 məscid qalıb. Lakin 1980-ci ildən sonra ibadət ocaqlarına daha 5 məscid əlavə edilir.
Tacikistan Respublikasında 1963-cü ildə 69 imam xətibin xidmət etdiyi ibadətə açıq 18 məscid olub. Lakin bir il sonra imam xətiblərin sayı 39-a düşür (1979-cu il statistikasına görə həmin vaxt Tacikistanda müsəlman əhalinin sayı 3.252.700 olub)
Türkmənistan Respublikasında rəsmi mənbələrə görə 1979-cu ildə cəmi 4 məscid olub (1979-cu ildə müsəlmanların sayı 2.270.00)
Özbəkistan və Qazaxıstanda isə məscidlərin sayı məhcul olaraq qalıb. Xarici ziyarətçilər tərəfindən bu məsələdə Daşkənd Dini Nazirliyinə sorğu ünvanlanarkən, qurum belə cavab verib: «Onların sayını Allah bilir. Və hər nə olursa olsun bu qədər məscid müsəlmanlara kifayətdir»
1979-cu ildə susqunluğunu dayandıran Daşkənd müftisi Ziyaəddin Babaxanov bəzi şübhəli rəqəmlər ortaya atmışdı. Bildirilir ki, Orta Asiya və Qazaxıstanda 200 məscid olub. Bunlardan 12-si Daşkənddə, 3-ü Səmərqənddə, 4-ü də Buxarada. Bundan başqa onlara sayı məlum olmayan kiçik məscidlər və məhəllə məscidləri də əlavə edilmişdi ki, bunlardan 100-ü Daşkənddə, 15-i Səmərqənddə, 10-dan artığı Baxaradadır.
Fəqət 1976-cı ildə Daşkənd Dini Nazirliyinin bir üzvü Fransız araşdırmaçı ilə söhbətində Orta Asiyada 5 Respublikanın hamısında nazirliyə bağlı 143 məscidin olduğunu bildirmişdi.
QEYD: Bu məqalə araşdırmaçı yazarlar, şərqşünas Aleksandr Benninqsenin, S. Enders Vimbuslə birgə yazdığı «Sufi və komissar» kitabının 1988-ci ildə dərc olunan tərcüməsindən götürülüb.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun29-04-2019 15:20 MKİ-nin paylaşdığı fotoda 10 GİZLİ mesaj
23-04-2019 11:49 FTB Hitlerin Argentinaya qaçmasını araşdırıb-FOTO
31-03-2019 11:02 XX əsrdə azərbaycanlılara qarşı kütləvi soyqırımı cinayətlərinin ən qanlı mə
31-03-2019 10:15 Bir şəhəri soyqırımdan xilas edən axund - FOTO
14-03-2019 15:31 Hər şey bu şüarla başladı: Doktor, növbə sənə çatıb
14-02-2019 15:20 Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb
- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq