Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2019
14:35
295
Nazirlik Araz Əlizadəyə cavab verdi: `Heç bir əsas olmadan danışır`

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar Musa Quliyev və Araz Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına ittihamlar səsələndiriblər.

Deputat Araz Əlizadənin çıxışı isə daha kəskin olub:

Nazirlik deyir ki, sənə verilən xəstə heyva öldüsə, bizi ver məhkəməyə. Sən öz cibindən almırsan ki, bu heyvanı, buna büdcədən cənab prezident tərəfindən pul ayrılır. Olmaz belə. İnsanlara hörmət etmək lazımdır. Bu gün insanlara verilən əksər heyvanlar bazara çıxarılan heyvanlardır. Bazara hansı heyvanlar çıxarılır? Kəsilmək üçün 600-700 manatlıq heyvanlar çıxarılır. Amma müraciət edən insanlara bir neçə minlik yazılır həmin heyvanlar. İndi həmin insanlar həmin xəstə heyvanlarla özünü və ailəsini necə dolandırsınlar?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məsələyə münasibət bildirib.

O bildirib ki, heç bir əsas olmadan, müvafiq sorğu verilmədən və rəsmi məlumat alınmadan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil:

“Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir. Mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır.

Hər hansı iştirakçı razı qalmadığı halda həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir. Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənmiş, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.

Aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini təşkil etdiyi müəyyən olunub (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə). Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni, belə olduğu halda aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır. Bu prosesin vətəndaşın razılığı ilə video çəkilişi də aparılır”.

Şöbə müdiri qeyd edib ki, proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir:

“Hər hansı araşdırma aparılmadan, əsas olmadan, bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən bütün xidmətlər üzrə sosial ədalət və qanunvericilik prinsipləri rəhbər tutulur”.

Məqalədə : Sahil Babayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1128

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
312

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 23:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru