Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
10:44
859
`Avtomobillər bahalaşıb, alan yoxdur...` - İqtisadçı

"Bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir".  

Faktxeber.com məlumat verib ki, bu haqda Vuqar Bayramov  özünün feysbuk divarında yazıb.  

O qeyd edib ki, avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərməkdədir:

“Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır”.

Ekspertin sözlərinə görə, qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır:

“Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir. Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq. Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər. Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyil”.

Məqalədə : Avtomobil bazarı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1156

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
72

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 06:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru